Menyu
Avtorizasiya  
Login: 
Parol: 
Baş səhifə Informasiya Sistem haqqında Axtarış - konfrans Axtarış - Konfrans materialı İştirak Anonslar
Sistem haqqında

"Konfranslar Informasiya Sistemi" elmi tədqiqatçıları informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə respublikada və xarici ölkələrdə keçirilən elmi tədbirlər - konfrans, seminar, simpozium və s. haqqında informasiya ilə təmin etmək məqsədi ilə yaradılmışdır.

Sistemdə
İnformasiya təhlükəsizliyi
Big Data analitikası
Bulud texnologiyaları
Kiber-fiziki sistemlər
Süni intellekt texnologiyaları
İnformasiya və bilik iqtisadiyyatı
E-dövlət və rəqəmsal inkişaf
E-elm və elmmetriya
Elektron tibb
Terminoloji informatika
Industry 4.0

mövzuları üzrə tədbirlər haqqında informasiya toplanır.

Keçirilmə vaxtı yaxınlaşan tədbirlər barədə ayrıca anonslar verilir.

Müxtəlif tədbirlərin axtarışı həm axtarış interfeysinə görə, həm də təqvimə görə aparılır.

Sistemdə IT üzrə müxtəlif illərdə keçirilmiş konfransların və seminarların materialları ilə tanış olmaq üçün internet ünvanlar kolleksiyası da toplanıb.

Informasiya sistemində ITI əməkdaşlarının konfrans və seminarlarda iştirakını əks etdirən modul da işlənmişdir. Burada 2003-cü ildən başlayaraq əməkdaşların respublika və beynəlxalq tədbirlərdə iştirakı ilə tanış olmaq olar.

Sistemdə, həmçinin, bir sıra beynəlxalq təşkilatların (IEEE, ACM, IASTED, IFIP, IFAC) təşkilatçılığı ilə keçirilən tədbirlər ilə tanış olmaq üçün həmin təşkilatların konfranslar saytına keçidlər də qoyulub.

      _________________________
     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu