Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - tezis |
Biblioqrafik təsvir | Abdullayeva , F.C. Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi / F.C. Abdullayeva // Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları. Respublika elmi konfransının materialları. - Sumqayıt, 2007. - S. 211-213. | Annotasiya | Məqalədə Azərbaycan Respublikasının Milli informasiya infrastrukturunun əsas hissəsini təşkil edən və əhali haqqında fərdi məlumatların toplanmasını həyata keçirən əhali və miqrasiya seqmentinin (sisteminin) təhlükəsizliyinin təmin edilməsi üçün sistemin istifadəçilərinin autentifikasiyasını həyata keçirən informasiya təhlükəsizliyinin təmin edilməsi sisteminin arxitekturası işlənmişdir. Əhali və miqrasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə informasiya təhlükəsizliyi arxitekturası ölkədə yaradılacaq elektron imza mexanizmindən istifadə etməyə imkan verən açıq açarlar infrastrukturunu tətbiq etməklə yaradılmışdır. Bunun üçün “Əhali və miqrasiya” informasiya sistemini təşkil edən resursların qarşılıqlı əlaqəsinə kliyent-server sistemi kimi baxılmış. Burada kliyentlər müvafiq rollara əsasən serverlərdə yerləşən informasiya resurslarına müraciət etmək hüquqlarına malik olurlar. İstifadəçilərin həqiqiliyinin yoxlanmasına xidmət edən autentifikasiya prosesi rəqəmli sertifikatların köməyi ilə həyata keçirilir. | | Elektron variant | Yoxdur |
|
________
© ict.az http://ict.az/az
|
|