Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Şıxəliyev , R.H. Rəqəmsal Səhiyyə Mühitində Fərdi Tibbi Məlumatların Kibertəhlükəsizlik Problemləri və Həlləri / R.H. Şıxəliyev // “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı. - Bakı, 2025. - S. 58-64.
 Annotasiya
 Bu gün elektron tibbi qeydlərin, teletibb platformalarının, daşına bilən cihazların və tibbi əşyaların internetinin geniş tətbiqi effektiv tibbi xidmətlərin yaradılmasına imkan verir. Lakin, bu texnologiyalar xəstələrə daha əlçatan tibbi xidmət təqdim etsə də, fərdi tibbi məlumatların (FTM) kibertəhlükəsizliyinə çoxsaylı təhdidlər yaratymışdır və kiberhücumların riskini artırmışdır. FTM-lərə edilən kiberhücumlar onların bütövlüyünü və məxfiliyini poza bilər və nəticədə tibbi xidmətləri poza və səhiyyə təşkilatlarına inamı sarsıda bilər. Bununla yanaşı, FTM-lər tibbi tarixçələri, diaqnozları, müalicə planlarını, genetik məlumatları və sığorta məlumatlarını ehtiva etdiyinə görə, onlar şəxsiyyət oğurluğu, maliyyə fırıldaqları və sairə üçün istifadə edilə bilər. Buna görə də FTM-nin kibertəhlükəsizliyinin təmin edilməsi çox vacib məslədir və onun hərtərəfli təhlilinə ehtiyac vardır. Bu tədqiqat işində FTM-nin kibertəhlükəsizliyinə təsir edən müxtəlif aspektlər, o cümlədən FTM-in rəqəmsallaşması ilə bağlı risklər, müasir səhiyyə İT sistemlərinin zəiflikləri, mövcud kibertəhlükələr, təhlükəsizlik standartları və tənzimləyici tələblər, həmçinin FTM-in kibertəhlükəsizliyinin artırılması üçün perspektivli sahələr təhlil edilir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu