Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - tezis |
Biblioqrafik təsvir | Bayramova , T.A. Proqram təminatında olan xətaların aşkar edilməsi üçün təhlükəsizlik alətlərinin tədrisi haqqında / T.A. Bayramova // “İdarəetmədə və təhsildə informasiya kommunikasiya texnologiyaları” I respublika elmi konfransı. . - Naxçıvan, 2024. - S. 180-182. | Annotasiya | Kiberfiziki sistemlərin informasiya təhlükəsizliyinin təmin edilməsi, kiberhücumların
qarşısının alınması bu günün aktual və həlli çətin problemlərindən birinə çevrilmişdir və
keyfiyyətli proqram sistemlərinin işlənməsi əsas problemlərdən biri olaraq qalır. Keyfiyyətli
proqram təminatının işlənilməsi üçün müxtəlif ixtisaslı peşəkar və intizamlı mütəxəssislərin
olması vacib şərtlərdən biridir. Proqram təminatı intellektual əmək məhsuludur. Layihənin uğur
qazanması və ya uğursuz olması mütəxəssislərin fərdi keyfiyyətlərindən, ideyalarından və
peşəkarlığından asılıdır. Ali məktəb proqramı daxilində proqram sistemlərinə olan hücumların
qarşısının alınması üçün tətbiq edilən müasir analiz metodlarının tədrisi əsas məsələlərdən
biridir. Analizatorlar (skanerlər) müxtəlif məqsədlər üçün bədniyyətlilər tərəfindən istifadə edilə
bilən boşluqları və səhvləri aşkar etmək üçün nəzərdə tutulmuş xüsusi proqramlardır. Bu işdə
statik analiz, dinamik analiz, ekspert analizi və intellektual analiz alətləri araşdırılmışdır. | | Elektron variant | Yoxdur |
|
________
© ict.az http://ict.az/az
|
|