| Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
| ITI əməkdaşlarının elmi işləri - tezis |
| Biblioqrafik təsvir | | Verdiyeva , N.N. Sənaye 4.0 həllinin vətəndaş elmi ilə təhsilin qarşılıqlı əlaqəsinə təsiri haqqında / N.N. Verdiyeva // Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti. - Naxçıvan, 2021. - S. 162-165. | | Annotasiya | | Son bir neçə onillik ərzində informasiya texnologiyaları sahəsindəki sürətli
inkişaf, internet şəbəkəsinin yaratdığı geniş imkanlar, mobil texnologiyalar, smartfonlar,
planşetlər, eləcə də Sənaye 4.0 konsepsiyası elektron elmin yeni bir istiqaməti olan vətəndaş
elminin formalaşmasında mühüm rol oynamışdır. Vətəndaş elmində iştirak edən könüllülər geniş
məkan və zaman hüdudlarında böyük həcmdə verilənlər toplamaqla yanaşı, həm də təlim və elmi
tədqiqat prosesində bilavasitə iştirak edirlər. Beləliklə, elmi tədqiqatlarda ictimai iştirakı təmin
etməyə yönələn vətəndaş elmi cəmiyyət, elm və təhsil arasındakı qarşılıqlı fəaliyyəti gücləndirir.
Məqalə Sənaye 4.0 həllərinin vətəndaş elmi ilə təhsilin qarşılıqlı əlaqəsinə təsiri haqqındadır.
Vətəndaş elmi ictimaiyyətin elmi tədqiqatlarda iştirakının yeni forması olsa da, onun təhsil
mühitində böyük potensialı və innovativ tədris aləti kimi geniş imkanları vardır. Vətəndaş
elminin təhsil mühitinə inteqrasiyası müasir tədris texnologiyaları sahəsində yeni nailiyyətlərə
gətirib çıxarır, bilik və maarifləndirilmə səviyyəsini artırır, təfəkkür qabiliyyətini təkmilləşdirir,
könüllü iştirakçıların birgə fəaliyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Məqalədə
vətəndaş elmi layihələrinin xarakterik xüsusiyyətləri tədqiq olunmuş, layihələrdə könüllülük
prinsipi və onun verdiyi üstünlüklər qeyd edilmişdir. Vətəndaş elminin təhsillə qarşılıqlı əlaqəsi
araşdırılmışdır. Vətəndaş elmi ilə təhsilin inteqrasiyasının konseptual məsələlərinə baxılmışdır.
Sənaye 4.0 həllərinin vətəndaş elmi ilə təhsilin qarşılıqlı əlaqəsində rolu göstərilmişdir. Vətəndaş
elmində istifadə olunan qabaqcıl Sənaye 4.0 həllərinin gələcəkdə təhsildə tətbiqi imkanları
nəzərdən keçirilmiş və müvafiq tövsiyyələr verilmişdir. | | | Elektron variant | | Yoxdur |
|
________
© ict.az http://ict.az/az
|
|