Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Ağayev , F.T. Distant Təhsildə Koqnitiv Texnologiyaların Tətbiqi Məsələləri / F.T. Ağayev , G.A. Məmmədova , N.I. Bahadurzadə // Azərbaycan məktəbi. - 2026. - N: 2.- S. 113-120.
 Annotasiya
 Dünyanın bir çox ölkələri Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas xüsusiyyəti koqnitiv texnologiyalardan və süni intellektdən geniş istifadə olunmasıdır. Hazırda koqnitiv elm təhsil prosesinin təkmilləşdirilməsi üçün mühüm elmi baza kimi çıxış edir. Koqnitiv elm zəka və insan şüurunu öyrənən tədqiqat sahəsidir. Bu fənlərarası elm geniş spektrli yanaşmaları, fənləri və metodologiyaları əhatə edir, yəni psixologiya, neyrobiologiya, dilçilik, antropologiya, kompüter elmlərindən istifadə edərək insan şüurunun necə işlədiyini, onun davranışımıza və təhsil prosesinə təsirini öyrənir. Koqnitiv elm yeni və perspektivli bir sahə hesab olunur. Koqnitiv elmin prinsipləri təhsilalanlara və müəllimlərə faydalı, daha cəlbedici və effektiv rəqəmsal öyrənmə üçün əsas yaradır. Koqnitiv texnologiyalardan istifadə təlim prosesinin özünü dəyişdirə, onu daha cəlbedici və effektiv edə bilər. Məqalə koqnitiv elmin əsas konsepsiyalarını və onların distant təhsildə təlim dizaynı təcrübəsinə necə bələdçilik edə biləcəyini araşdırır. Burada, eyni zamanda elektron təhsildə koqnitiv texnologiyalardan, məsələn, adaptiv təhsil, oyunlaşdırma və maşın öyrənmə texnologiyaları, fərdi təhsil trayektoriyası, inklüziv təhsil və s. istifadə imkanlarından bəhs edilir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu