Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Əsgərov , F.Ş. Kitabxana İdarəetmə Sistemlərinin mövcud vəziyyəti və problemləri / F.Ş. Əsgərov , R.Ş. Həsənova // İnformasiya Cəmiyyəti Problemləri. - 2020. - N: 1. - S. 128–133. | Annotasiya | Hazırda kitabxana-informasiya mühitində kitabxanaçıların və oxucuların tələblərinə cavab verən
Kitabxana İdarəetmə Sisteminin (KİS) seçilməsi ən vacib məsələlərdən biridir. Məqalədə elektron
kitabxanalarda istifadə olunan beynəlxalq KİS-lərin təhlili verilir. Bundan əlavə KİS-lər tətbiq
olunduqları sahələr üzrə də qiymətləndirilir. Müxtəlif ölkələrin istehsalı olan Alephino, Destiny,
Millenium, IRBIS-64, Virtua, Alexandria, ResourceMate, Mandarin və s. KİS-lərinin imkanları analiz
edilmiş, üstün və çatışmayan cəhətləri araşdırılmışdır. Buraya həmçinin Azərbaycanda fəaliyyət
göstərən elektron kitabxanalarda tətbiq olunan KİS-lər də daxildir. Tədqiqat zamanı KİS-lərdə tətbiq
olunan MARC-21 standartı və SIP2, Z39.50 protokolları, onların imkanları da analiz edilmişdir.
Kitabxana işinin yüksək səviyyədə təşkili və KİS-lərin təkmilləşdirilməsi üçün müvafiq təkliflər irəli
sürülür. Məqalədə sistemli yanaşma, sistemli analiz metodlarından istifadə olunaraq KİS-lərin
vəziyyəti və mövcud problemləri araşdırılmışdır. Məqalə bu və ya digər KİS-i elektron kitabxanasında
tətbiq etmək istəyən istənilən elmi müəssisə və ya təşkilat tərəfindən istifadə oluna bilər. | Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|