Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Əliquliyev , R.M. İnternet mühitində “Yırtıcı” jurnalları avtomatik təyin edən antiyırtıcı sistemin yaradılması konsepsiyası / R.M. Əliquliyev , R.Ş. Həsənova , F.Ş. Əsgərov // İnformasiya Cəmiyyəti Problemləri. - 2020. - N: 1.- S. 96–102. | Annotasiya | Müasir dövrdə tədqiqatçının məqalələrinin nüfuzlu jurnallarda dərc olunması onun akademik
cəmiyyət tərəfindən qəbul edilməsinin göstəricisidir. Bu məqsədlə hər bir tədqiqatçı elmi
bazalarda indeksləşən jurnallarda məqalə nəşr etdirməyə çalışır. Elmi jurnalların sürətlə artdığı
bu dövrdə tədqiqatçının etibarlı nəşriyyat seçməsi, keyfiyyətli jurnalda məqalə çap etdirməsi çox
əhəmiyyətli məsələlərdəndir. Hal-hazırda elmi məqalələri nüfuzlu jurnallarda çap etdirmək üçün
ciddi tələblər mövcuddur. Bu isə saxta, oğurlanmış, yırtıcı jurnal və nəşriyyatların sayının
artmasına səbəb olur. Bir çox xarici ölkələrdə olduğu kimi Azərbaycanda da elmi fəaliyyətlə
məşğul olan tədqiqatçıların qarşılaşdığı əsas problemlərdən biri saxta jurnalların tələsinə düşmə
təhlükəsinin mövcudluğudur. Elmi müəssisə və təşkilatların qarşısında duran əsas məsələlərdən
biri bu tip jurnal və nəşriyyatların tələsinə düşməməkdir. Məqalədə yırtıcı jurnallar və
nəşriyyatları xarakterizə edən əlamətlər haqqında geniş məlumat verilmiş, nümunələr
göstərilmişdir. Burada həmçinin oğurlanmış jurnallar və saxta qiymətləndirmə indeksləri
araşdırılmışdır. Qeyd olunan xoşagəlməz hallarla rastlaşmamaq üçün beynəlxalq təcrübəyə
əsaslanaraq yırtıcı jurnalları avtomatik təyin edən antiyırtıcı sistem haqqında konsepsiya irəli
sürülmüşdür. Təklif olunan sistem jurnalın keyfiyyətli və ya yırtıcı olmasını ayırd etmək məqsədi
ilə elmi təşkilatlarda, ali təhsil müəssisələrində və s. geniş tətbiq edilə bilər | Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|