Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Imamverdiyev , Y.N. Bitkonin Qiymətinin Proqnozlaşdırılması üçün Dərin LSTM Metodu / Y.N. Imamverdiyev // İnformasiya texnologiyaları problemləri. - 2020. - N: №1. - S. 82–89. | Annotasiya | Məqalədə Bitkoinin mübadilə kursunu proqnozlaşdırmaq üçün dərin neyron şəbəkə arxitekturası
təklif olunur. Arxitekturanın əsasını rekurrent neyron şəbəkələrinin bir növü olan LSTM (ing.
Long-Short Term Memory) təşkil edir. Son dövrlər kriptovalyutalar əhəmiyyətli maliyyə alətinə
çevriliblər və bu səbəbdən onların ənənəvi valyutalara mübadilə kurslarının proqnozlaşdırılması
məsələsi olduqca aktuallıq qazanmışdır. Bitkoin ilk kriptovalyutadır, hazırda kriptovalyutaların
ümumi bazar kapitallaşmasının yarıdan çoxu ona məxsusdur və kriptovalyuta dünyasının “qızılı”
rolunu oynayır, yəni digər kriptovalyutaların qiyməti çox zaman Bitkoin ilə ifadə edilir. Məhz bu
səbəbdən Bitkoin kursunun proqnozlaşdırılması məsələsinə baxılmışdır və bir neçə ili əhatə edən
böyük həcmli real verilənlərlə eksperimentlərdə təklif edilmiş dərin LSTM yanaşması Bitkoin
zaman sıralarının proqnozlaşdırılmasında geniş istifadə edilən statistik metodlarla müqayisədə
daha üstün nəticələr göstərmişdir. Alınmış nəticələr həm kriptovalyutalarla ötəri maraqlanan adi
istifadəçilər, həm də kriptovalyutalar sahəsində fəal işləyən investorlar üçün əhəmiyyətlidir. Əldə
edilmiş nəticələr həmçinin dərin təlim yanaşmalarının kriptovalyutalara aid qeyri-stasionar
zaman sıralarının intellektual analizinin digər məsələlərinə tətbiqində də kifayət qədər məhsuldar
ola biləcəyini təsdiqləyir. | Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|