Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Ağayev , B.S. Akustik Kriminalistikanın Hüquq Pozuntularında Sübutların Əldə Edilməsində Rolu / B.S. Ağayev , Ş.Ə. Mehdiyev , L.I. Əliyeva // “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı. - Bakı, 2026. - S. 153-157.
 Annotasiya
 Məqalədə akustik kriminalistika təhqiqatlarında ətraf mühiti çirkləndirən fiziki amillərdən biri kimi akustik küy üçün müəyyən edilən normaların pozulması hallarının aşkarlanması, sübutların toplanması və mülki prosessual prosedurlarının icraatı məqsədilə akustik monitorinq sistemlərindən istifadə edilməsinin bəzi məsələləri araşdırılır. Bu məqsədlə səs, akustik küy, akustik küyün insan orqanizmi üçün yaratdığı potensial təhlükə, küy səviyyələrinin normalaşdırılması, bu sahədəki beynəlxalq təcrübə haqqında məlumat verilir. Ölkəmizin inzibati ərazi bölgüsü nəzərə alınaraq akustik kriminalistika məqsədləri üçün küy normalarının pozulması hallarının aşkarlanması prosesinin avtomatlaşdırılmasına imkan verən lokal və qlobal akustik monitorinq sistemlərinin arxitektur sxemləri təklif edilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu