| Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
| ITI əməkdaşlarının elmi işləri - tezis |
| Biblioqrafik təsvir | | Səmidov , A.F. Deepfake Texnologiyalarının Tədqiqi və Rəqəmsal Ekspertizası: Müasir Çağırışlar və Həll Yolları / A.F. Səmidov , S.M. Zalova // “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı. - Bakı, 2026. - S. 167-169. | | Annotasiya | | Son illərdə süni intellekt və maşın öyrənməsi
texnologiyalarının sürətli inkişafı multimedia məzmununun
yaradılması və manipulyasiyası sahəsində inqilabi dəyişikliklərə
səbəb olmuşdur. Bu cür manipulyasiya olunmuş məzmunların
yüksək reallıq dərəcəsi həm insan qavrayışını, həm də ənənəvi
analiz metodlarını yanıldaraq, saxtakarlığın aşkarlanmasını və
mənbəyinin müəyyənləşdirilməsini çətinləşdirir. Eyni zamanda,
açıq mənbəli proqram təminatlarının əlçatanlığı və hesablama
gücünün artması bədniyyətli şəxslər tərəfindən bu texnologiyadan
istifadəni asanlaşdırır. Mövcud çağırışlarla mübarizə aparmaq
üçün təkmil aşkarlama alqoritmlərinin hazırlanması, geniş
verilənlər toplusunun yaradılması və hüquqi tənzimləmələrin
tətbiqi vacibdir. Bu məqalədə deepfake texnologiyalarının
yaradılma üsulları təhlil edilir, süni intellektə əsaslanan müasir
aşkarlama metodlarının imkanları və mövcud texniki
məhdudiyyətlər araşdırılır. Tədqiqatın məqsədi sahə üzrə aktual
problemləri işıqlandırmaq və gələcək elmi istiqamətləri müəyyən
etməklə rəqəmsal təhlükəsizliyə töhfə verməkdir. | | | Elektron variant | | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|