Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Hacırəhimova , M.Ş. Dövlətin Kibersuverenliyində İntellektual Potensialın Rolunun Araşdırılması və Qiymətləndirilməsi / M.Ş. Hacırəhimova , M.I. Ismayılova , A.S. Əliyeva // Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri respublika konfransı,. - Bakı, 2026. - S. 239-246.
 Annotasiya
 Rəqəmsal transformasiya dövründə qlobal miqyasda kiberhücumların və informasiya təhlükəsizliyi risklərinin artması, informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı və onların dövlət idarəçiliyinə inteqrasiyası dövlətlərin kibersuverenliyinin təmin olunmasında intellektual potensialın rolunu on plana çıxarmışdır. Bu kontekstdə intellektual potensial dövlətin kibersuverenliyinin strateji dayağı kimi qiymətləndirilməkdədir. Tədqiqatda dövlətin kibersuverenliyinin formalaşmasında və qorunmasında intellektual potensialın rolu nəzəri cəhətdən araşdırılır, Azərbaycanda kibertəhlükəsizlik üzrə kadr potensialının mövcud vəziyyəti təhlil olunur və bu sahədəki problemlər (milli elmi kadr, “beyin axını” və s.) diqqətə çatdırılır, inkişaf etmiş ölkələrin əmək bazarında prestijli peşələr analiz olunur, beynəlxalq səviyyədə müqayisələr aparılır. Dövlətin kibersuverenliyində intellektual potensialın rolunu qiymətləndirmək üçün konseptual yanaşma təklif olunur.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu