| Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
| ITI əməkdaşlarının elmi işləri - tezis |
| Biblioqrafik təsvir | | Səmidov , A.F. Rəqəmsal Tibb 4.0 Mühitində Təcili Tibbi Yardım Xidməti: Çağırışlar, İmkanlar və Perspektivlər / A.F. Səmidov // “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı. - Bakı, 2025. - S. 254-257. | | Annotasiya | | Təcili tibbi yardım (TTY) istənilən ölkənin səhiyyə sisteminin ayrılmaz hissəsidir. Kritik vəziyyətlərdə olan insanlara vaxtında və peşəkar yardım göstərilməsini təmin edir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təcili tibbi yardım xidmətlərinin infrastrukturunun inkişafı və fəaliyyəti prioritet məsələdir. Məqalədə rəqəmsal tibb 4.0 konsepsiyasının təsiri altında təcili tibbi yardım sisteminin transformasiyası araşdırılmışdır, təcili tibbi yardımda diaqnostika, müalicə və idarəetmədə inqilab edən məsafədən tibb, süni intellekt, əşyaların interneti (IoT), mobil texnologiyalar, o cümlədən smartfonlar, planşetlər, mobil proqramlar və yeni nəsil geyinilə bilən ağıllı saatlar, biosensorların inteqrasiyası eləcədə böyük verilənlər kimi əsas texnologiyalar və yanaşmalar təhlil edilmişdir. Rəqəmsal həllərin tətbiqinin faydaları, o cümlədən diaqnostik dəqiqlik, fərdiləşdirilmiş müalicə və resursların optimallaşdırılması müzakirə olunur. Rəqəmsal Tibb 4.0 TTY xidmətlərini yalnız texniki baxımdan deyil, həm də idarəetmə, qərar qəbuletmə və xəstə məmnuniyyəti baxımından təkmilləşdirir. Xüsusilə real vaxt rejimində məlumat mübadiləsi, xəstə monitorinqi və resursların səmərəli bölgüsü TTY xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Rəqəmsallaşma dövründə təcili tibbi yardımın gələcək inkişafı üçün çağırışlar və perspektivlər də nəzərdən keçirilmişdir. | | | Elektron variant | | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|