Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - tezis |
Biblioqrafik təsvir | Mahmudova , Ş.C. Süni İmmun Sistemləri Əsasında Tibbi Təyinatlı Proqram Sisteminin Kibertəhlükəsizliyinin Təmin Edilməsi Alqoritmi / Ş.C. Mahmudova // “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı. - Bakı, 2025. - S. 196-200. | Annotasiya | Məqalədə süni immun sistemləri əsasında tibbi təyinatlı proqram sisteminin (PS) kibertəlükəsizliyini təmin etmək üçün alqoritm işlənilmişdir. Süni immun sistemi nəzəri immunologiyada problemlərin həlli üçün istifadə olunan modellərdən, prinsiplərdən, mexanizmlərdən və funksiyalardan istifadə edən adaptiv hesablama sistemidir. Onun müxtəlif elm sahələrinə tətbiqi araşdırılmışdır. Süni immun sistemlərinin proqram sistemi üçün oynadığı rol əvəzsizdir. Süni immun sistemi sahəsində olan bəzi ədəbiyyatların təhlili aparılmış, həll olunası məsələlər müəyyənləşdirilmişdir. Bayes metodu müəyyən şərt daxilində hər hansı bir hadisənin olma ehtimalını dəqiq hesablamağa icazə verir. İşdə süni immun sistemlərdən istifadə etməklə tibbi təyinatlı proqram sisteminə Bayes metodunun tətbiqi bununla əlaqədardır. Bunun üçün alqoritm işlənilmişdir. Eksperimentlərin nəticəsi qənaətbəxş olmuşdur. | | Elektron variant | Yoxdur |
|
________
© ict.az http://ict.az/az
|
|