Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Qurbanova , Ə.M. Rəqəmsal Tibbi Terminoloji Sistemin Formalaşması Problemləri və Onların Həlli Yolları / Ə.M. Qurbanova , M.H. Bagırova // “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı. - Bakı, 2025. - S. 118-121.
 Annotasiya
 Rəqəmsal tibbi terminoloji sistem beynəlxalq standartlara cavab verən vahid terminologiyadan, böyük həcmli məlumatların saxlanması, emalı üçün güclü rəqəmsal platformadan istifadəni və digər tibbi informasiya sistemləri ilə inteqrasiyanı tələb edir. Tədqiqat işində rəqəmsal tibbi terminoloji sistemin formalaşması problemləri araşdırılmışdır. Rəqəmsal tibbi terminologiyanın Big Data texnologiyaları ilə qarşılıqlı əlaqəsi, bu texnologiyaların tibbi məlumatların təhlili, fərdiləşdirilmiş və keyfiyyətli xidmətlərin göstərilməsi üçün açdığı yeni imkanlar analiz edilmişdir. Rəqəmsal tibbi terminologiyanın idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üçün təbii dilin emalı, süni intellekt və blokçeyn texnologiyalarından istifadənin üstünlükləri araşdırılmışdır. Tibbi informasiya sistemlərinin qarşılıqlı fəaliyyətini təmin etmək, tibbi sənədlərin keyfiyyətini artırmaq və klinik qərarların qəbulunu dəstəkləmək üçün standart terminologiyadan istifadənin faydaları təhlil edilmişdir. Rəqəmsal tibbi terminoloji sistemin inkişaf perspektivləri müəyyənləşdirilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu