Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - tezis |
Biblioqrafik təsvir | Mahmudova , R.Ş. Süni intellekt və insan yaradıcılığı: media və jurnalistika sahəsində yeni tendensiyalar. / R.Ş. Mahmudova // “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” Beynəlxalq elmi-nəzəri konfrans. - Bakı, 2025. - S. 108-115. | Annotasiya | Süni intellektin (Sİ) inkişafı, xüsusilə də generativ neyron şəbəkələrinin təkmilləşdirilməsi,
media və jurnalistika sahəsində yeni tendensiyalara yol açmışdır. Müasir dil modelləri və məzmun
yaradıcılığında tətbiq olunan süni intellekt alqoritmləri insanın yaradıcılıq imkanlarını genişləndirir,
eyni zamanda, sənət və ədəbiyyatın mahiyyətinə dair yeni suallar ortaya qoyur.
Bu məqalədə süni intellektin media və jurnalistika sahəsində istifadəsi, onun insan
yaradıcılığına təsiri və gələcək perspektivləri araşdırılır. Sİ-nin jurnalistikada avtomatik məzmun
yaratmaqdan tutmuş auditoriyanın analizi və kontentin fərdiləşdirilməsinə qədər geniş istifadəsi bu
sahələrin dinamikasını dəyişməkdədir.
Tədqiqatın məqsədi, Sİ-nin media və jurnalistika sahəsindəki innovativ tətbiqlərini təhlil
etmək, insan yaradıcılığı ilə inteqrasiyasını dəyərləndirmək və gələcəkdə bu texnologiyanın hansı
istiqamətlərdə inkişaf edə biləcəyini araşdırmaqdır.
| | Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|