Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Qurbanova , K.Ş. Kulturologiya sahəsində süni intellekt texnologiyaları (nitq mədəniyyəti, jestlərin analizi). / K.Ş. Qurbanova // “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” Beynəlxalq elmi-nəzəri konfransKulturologiya sahəsində süni intellekt texnologiyaları (nitq mədəniyyəti, jestlərin analizi). . - Bakı, 2025. - S. 341-346.
 Annotasiya
 İnformasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı müasir kompüter və robot sistemlərinin jestlərlə idarə olunması üçün əlverişli mühit yaratmışdır. İşdə informasiya mübadiləsi prosesində işarə sistemlərinin (jestlər, mimika və s.) əvəzolunmaz rolu qeyd edilmişdir. Jestlərin avtomatik tanınması mərhələsinə aydınlıq gətirilmişdir. Qeyd edilmişdir ki, süni intellekt texnologiyaları kulturologiya sahəsində nizam sisteminin dəyişməsinə təkan vermişdir: mədəni dəyərlərin və mədəni sərvətlərin öyrənilməsi, qorunması, yaradılması, yayılması kimi proseslərə; kulturologiya sahəsində təşkilatlarının fəaliyyətində təşkilini təkmilləşdirilməsinə; mədəniyyət obyektlərinin və mədəni sərvətlərin dövlət qeydiyyatına alınmasına imkan verən ixtisaslaşdırılmış informasiya sistemləri yaradılmasına. İnnovativ informasiya texnologiyalarının kulturologiya sahəsinə nüfuzu sayəsində daha böyük uğurlara imza atmaq üçün süni intellekt texnologiyalarını tətbiq etmək bacarığına malik kadrların hazırlanması zamanın tələbidir. Bu biliklərə yiyələnmək, incəsənət incilərinin istehsalının səmərəliliyinin artırılmasına və keyfiyyətin yüksəldilməsinə təminat verə bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu