Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Səmidov , A.F. Generativ süni intellektin köməyi ilə sənət əsərlərinin bərpası və yaradılması texnologiyaları. / A.F. Səmidov // “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” Beynəlxalq elmi-nəzəri konfrans. - Bakı, 2025. - S. 94-101.
 Annotasiya
 Süni intellektin (Sİ) inkişafı və onun müxtəlif fəaliyyət sahələrinə inteqrasiyası incəsənətə də mühüm təsir göstərmişdir. İnsan davranışları, rəqəmsal məntiq, hərəkət, nitq və səs qavrayışı kimi bir çox qabiliyyətə sahib bir proqram və aparat sisteminin başqa sözlə, süni intellektin tətbiqi kompüterləri insanlar kimi düşündürür. Müasir maşın öyrənmə alqoritmləri vizual məlumatları təhlil etmək, zədələnmiş işləri yenidən qurmaq, çatışmayan fraqmentləri tamamlamaq və hətta məşhur ustaların üslubunda yeni bədii obyektlər yaratmaq qabiliyyətinə malikdir. Bu, mədəni irsin qorunması üçün yeni üfüqlər açır və yaradıcılıq imkanlarını genişləndirir. Bu məqalədə bədii bərpa və yaradıcılıq sahəsində generativ süni intellektin (Sİ) tətbiqi araşdırılmışdır. İncəsənət əsərlərini təhlil etmək, bərpa etmək və yaratmaq üçün istifadə olunan müxtəlif Sİ üsulları və alqoritmləri müzakirə olunmuşdur. Bu sahədə süni intellektdən istifadənin üstünlükləri və məhdudiyyətləri, həmçinin müəlliflik hüququ və sənət əsərlərinin həqiqiliyi ilə bağlı etik və hüquqi aspektlər də təhlil edilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu