Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Qurbanova , Ə.M. Teatr və bədiiləşdirmə sahəsində süni intellekt texnologiyalarının tətbiqi imkanları və perspektivləri. / Ə.M. Qurbanova , M.H. Bagırova // “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” Beynəlxalq elmi-nəzəri konfrans. - Bakı, 2025. - S. 37-42.
 Annotasiya
 Son illərdə mədəniyyət və incəsənət sahələrində süni intellekt texnologiyalarının tətbiqi geniş yayılmışdır. Xüsusilə teatr sənətində bu texnologiyalar yaradıcı insanlara unikal və interaktiv əsərlər yaratmaq üçün yeni imkanlar təqdim edir. Tədqiqat işində teatr sənəti sahəsində süni intellekt texnologiyalarının istifadəsində mövcud tendensiyalar təhlil edilir. Virtual və artırılmış reallıq, səs modelləşdirməsi kimi süni intellekt texnologiyalarının müasir teatr sənətinə tətbiqi imkanları araşdırılır. Bu texnologiyaların tətbiqi ilə teatr təcrübəsinin və tamaşaçılarla qarşılıqlı əlaqənin yeni formalarının yaradılması potensialı təhlil edilir. İdeyalar, interaktiv elementlər yaratmaq və baxış təcrübəsini fərdiləşdirmək üçün süni intellektdən istifadə imkanları araşdırılır. Teatrda süni intellektdən istifadənin etik və estetik aspektləri, eləcə də onun ənənəvi teatr təcrübələrini dəyişdirmək potensialı təhlil edilir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu