Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Yeni nəsil iqtisadiyyatın elmi nəzəri və metodoloji əsaslarının formalaşması üzrə bəzi konseptual mülahizələr / Ə.Q. Əliyev // “Yeni nəsıl iqtısadıyyat: çağırışlar və perspektıvlər” Beynəlxalq elmi-praktiki konfrans.. - Bakı, 2024. - S. 30-36.
 Annotasiya
 Məqalə yeni nəsil iqtisadiyyatın elmi nəzəri və metodoloji əsaslarının formalaşması üzrə bəzi konseptual mülahizələrin işlənilməsinə həsr olunmuşdur. Rəqəmsal transformasiya şəraitində iqtisadiyyatın yeni nəslinin formalaşması, rəqəmsal innovativ texnologiyaların qlobal iqtisadiyyatda tətbiqlərinin aktuallığı əsaslandırılmışdır. Klassik və sonrakı dövrlərin iqtisadi münasibət və proseslərinin təkmilləşdirilməsində yeni metod, model və mexanizmlərin işlənilməsinin əhəmiyyəti göstərilmişdir. Müvafiq əlaqəli elmi-tədqiqat işləri haqqında məlumat verilmişdir. Rəqəmsal transformasiylar əsasında Yeni iqtisadiyyatın formalaşması üzrə bəzi yanaşmalar təklif olunmuşdur. Yeni nəsil iqtisadiyyatın formalaşması üzrə Rəqəmsal transformasiylara əsaslanan texnoloji smart istehsal/xidmət sistemlərinin formalaşması, iqtisadi dayanıqlığın təminində yaşıl, inklüziv və kibertəhlükəsizlik texnologiylarının balanslı şəkildə tətbiqi, iqtisadi idarəetmədə additiv, adaptiv texnologiyaların geniş tətbiqi, təhsil sisteminin yeni tələblərə müvafiq qaydada formalaşdırılması, yeni iqtisadi münasibətlərin elmi-texnoloji əsaslarının dərindən tədqiqi, yeni dəqiq məlumatların əldə olunması mexanizmlərinin işlənilməsi, iqtisadi-ekoloji balansın tənzimlənməsi, iqtisad elminin təsnifləndirilməsinə, strukturlaşdırılmasına yeni yamaşmanın həyata keçiilrməsi və s. kimi bəzi mülahizə və təkliflər irəli sürülmüşdür. Yeni nəsil iqtisadçıların iqlim dəyişikliyi, dayaniqlı inkişaf və ətraf mühitin davamlı mühafizəsi, cəmiyyətdə bərabərsizlik və sosial ədalət, texnoloji inkişaf və iş yerlərinin gələcəyi, böyük verilənlərin formalaşması və ötürülməsi, elmi-texnoloji inkişaf suverenitetlik, təhlükəsizlik, infrastruktur və s. kimi problemləri təhlil olunmuş və onların həlli yolları göstərilmişdir. Yeni nəsil iqtisadiyyatın elmi nəzəri və metodoloji əsaslarının formalaşmasında Sənaye 4.0 platforması texnologiyalarının tətbiqi və inkişaf perspektivləri ürə müvafiq tövsiyələr verilmişdir.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu