Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - tezis |
Biblioqrafik təsvir | Ağayev , B.S. Ətraf mühitin akustik küy çirklənməsinin idarəetmə sistemlərində İKT-nin tətbiqi haqqında / B.S. Ağayev , M.M. Paşayeva // “İdarəetmədə və təhsildə informasiya kommunikasiya texnologiyaları” I respublika elmi konfransı. - Naxçıvan, 2024. - S. 21-24 . | Annotasiya | Akustik küy ətraf mühit və insan sağlamlığı üçün ziyanlı səs hesab edilir və ciddi ekoloji
problem kimi qəbul olunur. Urbanizasiya, sənayeləşmə və nəqliyyat vasitələrinin artması küy
çirklənməsinin səviyyəsini yüksəldir. BMT-nin "Dayanıqlı inkişaf konsepsiyası" sənədinə görə,
akustik küy çirklənməsi atmosfer və su çirklənməsindən sonra üçüncü əsas ekoloji problem kimi
qiymətləndirilir.Avropa İttifaqı və Rusiya Federasiyası bu problemin həllinə böyük vəsait ayırır.
Azərbaycanda rəsmi statistika olmasa da, ilkin araşdırmalar küy çirklənməsinin yüksək olduğunu
göstərir. Küy mənbələri nəqliyyat vasitələri və sənaye avadanlıqları kimi təsnif edilir və bu
çirklənmənin insan sağlamlığına mənfi təsirləri elmi tədqiqatlarla sübut olunmuşdur.Bir çox
ölkələr küy çirklənməsini azaltmaq üçün monitorinq sistemləri yaradır və müasir
texnologiyalardan, o cümlədən süni intellekt və Böyük Verilənlər analizindən istifadə edirlər.
Küy xəritələrinin tərtibi və monitorinq sistemlərinin qurulması beynəlxalq normalara uyğun tələb
olunur, lakin Azərbaycanda bu istiqamətdə işlər hələ başlamamışdır. | | Elektron variant | Yoxdur |
|
________
© ict.az http://ict.az/az
|
|