Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Aliyev , A.G. Süni intellekt texnologiyalarının tətbiqi ilə Yeni Nəsil iqtisadiyyat sektorlarının formalaşdırılmasının konseptual əsasları / A.G. Aliyev // The International Conference on Artificial Intelligence and Digital Development: Current Realities and Future Perspectives. - Baku, 2024. - P. 30-36.
 Annotasiya
 Məqalə Süni intellekt texnologiyalarının tətbiqi ilə Yeni Nəsil iqtisadiyyat sektorlarının formalaşdırılmasının konseptual əsaslarının işlənilməsinə və həmin sahədə müvafiq tövsiyələrin hazırlanmasına həsr olunmuşdur. Texnoloji inkişafın ölkə üçün vacib vəzifələrdən olduğu və yeni nəsil texnoloji iqtisadiyyat sektorlarının formalaşmasının aktuallığı əsaslandırılmışdır. Qlobal səviyyədə iqtisadi münasibətlərin yeni nəslinə keçidinin bəzi əsas xüsusiyyətləri və aspektləri şərh olunmuşdur. Yeni nəsil iqtisadiyyatın formalaşmasının Milli texnoloji zəminləri göstərilmiş, onun konseptual aspektləri təhlil olunmuşdur. Süni intellektin tətbiq sahələri haqqında məlumat verilmiş, eləcə də onun Yeni nəsil iqtisadiyyatın formalaşmasında tətbiqi xüsusiyyətləri araşdırılmışdır. Süni intellekt texnologiyaları üzrə yeni nəsil iqtisadiyyat sektorlarının formalaşması xüsusiyyətləri öyrənilmiş və onun inkişaf perspektivləri müəyyən olunmuşdur. Süni intellekt əsasında formalaşan yeni nəsil iqtisadiyyat sektorları haqqında məlumatlar verilmişdir. Süni intellekt texnologiyalarının tətbiqi ilə Yeni Nəsil iqtisadiyyat sektorlarının Sənaye 4.0 platformasında innovasiya əsaslı inkişaf mərhələsinə keçidi üçün müvafiq tövsiyələr verilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu