Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Məmmədova , M.H. Hepatosellular karsinoma üzrə milli bazada maşın təlimi alqoritmlərinin tətbiqi ilə proqnozlaşdırma məsələsinin həlli / M.H. Məmmədova , Z.Q. Cəbrayılova , L.A. Qarayeva // The International Conference on Artificial Intelligence and Digital Development: Current Realities and Future Perspectives. - Baku, 2024. - S. 13-19.
 Annotasiya
 Rəqəmsal tibbin formalaşması tibbi qərar qəbuletmədə həkimlərə informasiya dəstəyinin göstərilməsi, həkim səhvlərinin qarşısının alınması istiqamətində tədqiqatların genişlənməsinə zəmin yaratmışdır. Bu tendensiya xərçəng səbəbindən ölənlərin sayına görə dünyada üçüncü yeri tutan hepatosellular karsinomanın (HSK) yayılmasının qarşısının alınması, onun ilkin diaqnozu və proqnozlaşdırılması üçün süni intellekt metodlarının tətbiqini aktuallaşdırmışdır. Tədqiqatda Kaggle platformasından götürülmüş HCC Dataset verilənlər bazasından istifad etməklə HSK-nın proqnozlaşdırılması üçün Logistic Regression (LR), Support Vector Machine (SVM), Random Forest (RF) kimi maşın təlimi alqoritmləri tətbiq edilmiş və daha əhəmiyyətli nəticə göstərən RF metodundan istifadə etməklə mövcud milli HSK verilənlər bazasındakı informasiya əsasında proqnozlaşdırma məsələsinin həll alqoritmi təklif edilmişdir. HSK üzrə milli bazadakı boşluqların doldurulması üçün MICE alqoritmi tətbiq edilmiş, kliniki xəstələrin verilənlərinə görə proqnoz nəticələr almaq üçün bu bazadakı məlumatların Kaggle saytından götürülmüş HCC Datasetinə (proqnoz nəticələri məlum olan) mərhələ-mərhələ köçürülməsi yerinə yetirilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu