Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Ağayev , B.S. Təkmilləşdirilmiş d-Eksponenta əsasında neft quyularında anomal yüksək lay təzyiqi zonalarının proqnozlaşdırılması haqqında / B.S. Ağayev , A.F. Səmidov , M.M. Paşayeva // The XXV International Scientific Symposium.Civilizational bridges between people and cultures. . - Kiev, 2022. - S. 163-166.
 Annotasiya
  Məqalədə neft sənayesinin Azərbaycan iqtisadiyyatında aparıcı rolu qeyd edilir. Bu sahənin iş effektivliyi ilk növbədə, quyuların qazılması və inşası proseslərinin effektivliyindən asılıdır. Qeyd edilir ki, qazma prosesində anomal yüksək lay təzyiqi nəticəsində müxtəlif qəza və mürəkkəbləşmələr baş verir. Onların aradan qaldırılmasına xeyli maliyyə vəsaiti, vaxt sərf edilir ki, bu da iş effektivliyini azaldır. Bəzi hallarda quyunu layihə dərinliyinədək qazmaq mümkün olmur (quyu ləğv edilir), ətraf mühit çirklənir, hətta insan itgisi baş verir. Baş vermiş bir neçə real qəza faktı nümunə kimi qeyd edilir. Anomal yüksək lay təzyiqi zonalarının vaxtında proqnozlaşdırılmasının əhəmiyyəti əsaslandırılır. Bəzi proqnozlaşdırma metodlarının qısa xülasəsi verilir. Qazma prosesini dayandırmadan proqnoz etməyə imkan verən metodların üstünlüklərı qeyd edilir. Bu qrupa aid bir proqnoz metodu təklif edilir. Metod, mexaniki qazma sürətinin qradiyentinə və quyunun cari texnoloji parametrlərinə əsasən anomal təzyiqin hesablanmasına əsaslanır. Bu prinsip əsasında işləyən qurğunun iş prinsipi və tətbiqi haqqında məlumat verilir. Qeyd edilir ki, bu metod digər metodlarla kompleks şəkildə istifadə edildikdə proqnoz ehtimalı daha yüksək olur.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu