Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Qurbanova , Ə.M. Milli toponimik geoinformasiya sisteminin yaradılması haqqında / Ə.M. Qurbanova // “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransı. - Bakı, 2023. - S. 144-151.
 Annotasiya
 Toponimikaya elmi yanaşma, son illərdə əsasən yer adlarının təhlili və onların etimoloji mənası ilə əlaqədar olaraq inkişaf etmişdir. Toponimlər müəyyən tarixi mərhələlərdə əmələ gələn, xalqın tarixi keçmişini özündə əks etdirən, əhali miqra- siyaları, müharibələr, mədəniyyət, iqtisadiyyat və dil əlaqələri kimi konkret tarixi hadisələrdən asılı olaraq formaca, çox vaxtsa məzmunca da dəyişən söz qruplarıdır. Tədqiqat işində toponimiyanın funksiyaları araşdırılır, ictimai-iqtisadi formasiya- ların bir-birini əvəz etməsi, işğal faktları və s. bu kimi tarixi hadisə və proseslərin toponimiyaya təsiri təhlil olunur. Qərbi Azərbaycan toponimlərinin erməni vanda- lizminə məruz qalması faktları araşdırılır. Qloballaşma şəraitində, İnternet-texnologiyaların inkişafı dövründə etibarlı və əlçatan məkan məlumatlarına operativ çıxış imkanlarının olması böyük əhəmiyyətə malikdir. Bu səbəbdən Qərbi Azərbaycan toponimləri daxil olmaqla Azərbaycanın bütün bölgələrinin toponimik məlumatlarını bir-biri ilə əlaqələndirən vahid məlu- mat bazasının formalaşdırılması zəruridir. Tədqiqat işində Milli Toponimik Geoin- formasiya Sisteminin yaradılmasının zəruriliyi əsaslandırılır.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu