Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Şərqi Zəngəzur regionunda beynəlxalq nəqliyyat dəhlizlərinin informasiya infrastrukturunun formalaşması və rəqəmsal transformasiyası məsələləri / Ə.Q. Əliyev // “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfrans. - Bakı, 2023. - S. .
 Annotasiya
 Məqalə Şərqi Zəngəzur regionunda beynəlxalq nəqliyyat dəhlizlərinin informasiya infrastrukturunun formalaşması və rəqəmsal transformasiyası məsələlərinə həsr olunmuşdur. Regionların davamlı iqtisadi inkişafının yüksəldilməsi üçün informasiya infrastrukturu sistemlərinin və rəqəmsal transformasiyanın formalaşmasının və onların təhlükəsizliyinin təmininin əhəmiyyətli məsələlərdən olduğu əsaslandırılmışdır. İqtisadi inkişafın dayanıqlığının artırılması üçün həmin təhlükəsizlik strategiyasının, riskin qiymətləndirilməsinin, təhlükəsizlik məlumatlılığının, infrastruktur təhlükəsizliyinin, kiber müdafiənin, hüquqi bazanın, əməkdaşlığın əsas tədbirlərdən olması qeyd olunmuşdur. 2020-ci ildə erməni işğalından azad edilən regionların bərpası, həmin ərazilərdə məskunlaşma, iqtisadi dirçəliş, infrastrukturun formalaşması və Milli təhlükəsizliyin, o cümlədən informasiya təhlükəsizliyinin təmininin vacib və aktual məsələlərdən olduğu göstərilmişdir. Zəngəzur dəhlizlərinin mövcud nəqliyyat sistemlərinə inteqrasiyası qeyd olunmuş, onun müvafiq sistemlərinin rəqəmsallaşdırılması istiqamətləri göstərilmişdir. Şərqi Zəngəzur regionunda informasiya infrastrukturunun, rəqəmsal transformasiyanın əsas kompleks elementləri müəyyənləşdirilmiş, onun kiberdayanıqlılığın təmini istiqamətləri göstərilmişdir. Həmin regionda kiberdayanıqlılığın təmininin funksional istiqamətlərinin struktur modeli işlənilmişdir. IoT, Süni intellekt, Big Data, Bulud və s. kimi rəqəmsal texnologiyaların tətbiqinin, regionun infrastrukturuna inteqrasiyasının regionun təhlükəsizliyini və kibertəhlükələrə qarşı dayanıqlılığının təmininin yüksəldilməsinə kömək edəcəyi qeyd olunmuşdur. Şərqi Zəngəzur regionunda beynəlxalq nəqliyyat dəhlizlərinin informasiya infrastrukturunun dayanıqlılığının təmini və gələcəkdə daha da yüksəldilməsi üçün Sənaye 4.0 platforması elementlərinin və beynəlxalq təşkilatların belə sistemlərə yürüdülən texnoloji tələblərinə müvafiq olaraq bəzi təklif və tövsiyələr verilmişdir.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu