Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. İqtisadi proseslərdə hesabatlılığın və şəffaflığın təminində kiberdayanıqlılıq məsələləri / Ə.Q. Əliyev // Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans. - Bakı, 2023. - S. 216-223.
 Annotasiya
 Məqalə iqtisadi proseslərdə hesabatlılığın və şəffaflığın təminində kiberdayanıqlılıq məsələlərinə həsr olunmuşdur. İqtisadi idarəetmədə hesabatlılığın və şəffaflığın səviyyəsini yüksəltmək üçün milli iqtisadiyyatın kiberdayanıqlılığının artırılması ilə bağlı problemlər tədqiq olunmuşdur. İqtisadiyyatın inkişafında şəffaqlıq və hesabatlılığın funksional vəzifələri və təsirləri şərh olunmuşdur. İqtisadi inkişaf kontekstində şəffaflıq və hesabatlılığın bəzi əsas funksiyaları və prinsipləri sxematik olaraq verilmişdir. İqtisadi və informasiya sistemlərinin dayanıqlılığının təmin edilməsi mexanizmləri işlənilmişdir. Hesabatlılığın və şəffaflığın təminində kiberdayanıqlılıq məsələləri araşdırılmışdır. Kiber davamlılıq və dayanıqlılığın həm milli, həm də regional iqtisadiyyatda əhəmiyyəti qeyd olunmuşdur. Hesabatlılığa və şəffaflığa təsir edən məlumatın təhlükəsizliyi və məxfiliyi, kiber fırıldaqçılıq və maliyyə cinayətləri, təchizat zəncirinin təhlükəsizliyi, hadisələrə reaksiya və biznesin dayanıqlılığı, reqlamentlərə uyğunluq və hesabatlılıq, maraqlı tərəflərlə kommunikasiya və təhsil sisteminin qurulması, kiber sığorta kimi kiberdayanıqlılıq problemləri analiz olunmuşdur. Sənaye 4.0 platformasında iqtisadi proseslərdə hesabatlılığın və şəffaflığın təminində kiberdayanıqlılıq məsələlərinin işlənilməsi üzrə müvafiq tövsiyələr verilmişdir.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu