Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsi ilə yüksəldilməsi məsələləri / Ə.Q. Əliyev // Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans. - Bakı, 2023. - S. 89-98.
 Annotasiya
 Məqalə müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsi ilə yüksəldilməsi məsələlərinə həsr olunmuşdur. Rəqəmsallaşmanın iqtisadiyyatın dayanıqlıq və modernizasiya faktoru olduğu qeyd olunmuşdur. Rəqəmsal innovativ texnologiyaların tətbiqi hesabına qabaqcıl dünya ölkələrinin rəqabətqabiliyyətli və dayanıqlı məhsul istehsalının zəruri və aktual məsələlərdən olduğu əsaslandırılmışdır. Rəqəmsal transformasiyalar şəraitində rəqabətqabiliyyətlilik və dayanıqlıq problemləri analiz olunmuşdur. Ölkənin sosial-iqtisadi inkişaf Strategiyasında rəqəmsal tranformasiyalar üzrə qlobal meyllər, çağırışlar, imkanlar göstərilmiş və onun müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığına olan tələbləri müəyyənləşdirilmişdir. Müəssisələrin fəaliyyət səmərəliliyinin yüksəldilməsində Sənaye 4.0 platformasının tətbiqi istiqamətləri qeyd olunmuşdur. Rəqəmsal innovasiyaların transferi şəraitində müəssisələrin dayanıqlı fəaliyyəti və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri müəyyənləşdirilmişdir. Müəssisələrinin fəaliyyətində ən yaxşı sənaye rəqəmsal texnologiyalarının tətbiqi xüsusiyyətləri və istiqamətləri araşdırılmışdır. Sənayedə süni intellekt, rəqəmsal əkizlər, sənaye robotları, simsiz texnologiyalar, blokçeyn texnologiyaları, Big Data, virtual və əlavə reallıq, smart fabriklər və zavodlar, Əşyaların Sənaye İnterneti və s. kimi rəqəmsal texnologiyaların inkişaf meyllərinin rəqabətliliyə və dayanıqlığa müsbət təsiri haqqında mülahizələr verilmişdir. Müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsi ilə yüksəldilməsi üçün Sənaye 4.0 platforması elementlərinin, beynəlxalq təşkilatların müəssisələrin gələcək inkişaf konsepsiyasında onlara yürüdülən texnoloji tələblər, prioritetlər nəzərə alınmaqla müvafiq təklif və tövsiyələr verilmişdir.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu