Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Rəqəmsal iqtisadiyyat və transformasiyalar üzrə termin və anlayışlar bazasının formalaşdırılması problemləri / Ə.Q. Əliyev , R.O. Şahverdiyeva // Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana dili gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” respublika elmi-praktiki konfransı. - Bakı, 2023. - S. 36-43.
 Annotasiya
 Məqalə rəqəmsal iqtisadiyyat və transformasiyalar üzrə termin və anlayışlar bazasının formalaşdırılması problemlərinə həsr olunmuşdur. İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası prosesində müxtəlif sahələrdə rəqəmsal iqtisadiyyat və transformasiya texnologiyalarının, Sənaye 4.0 platformasının tətbiqi əsasında Azərbaycan dilində formalaşdırılan termin və anlayışlar bazasının yaradılmasının aktuallığı əsaslandırılmışdır. Rəqəmsal iqtisadiyyatda milli kontentin inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti qeyd olunmuşdur. Rəqəmsal iqtisadiyyat və transformasiyanın (RİT) mahiyyəti, məqsədi və vəzifələri izah olunmuşdur. Rəqəmsal iqtisadiyyatın ÜDMə təsir aspektləri şərh olunmuş, rəqəmsal iqtisadiyyatda İKT infrastrukturu və xidmətlərinin xüsusiyyətləri araşdırılmışdır. Azərbaycandilli proqram təminatlarının hazırlanması və geniş istifadəsinin təmin olunması istiqamətləri tədqiq olunmuşdur. RİT sferasında Azərbaycan dilindən qlobal istifadə problemləri şərh olunmuşdur. Həmin sahədə izahlı lüğətlərin işlənilməsinin xüsusi məsələlərdən olduğu göstərilmişdir. RİT sferasında terminlərin və anlayışların çoxsahəliliyə, dinamikliyə və geniş əhatə dairəsinə malik olduğu göstərilmişdir. RİT sferası üzrə terminoloji vəziyyət araşdırılmış, onun Azərbaycan dilində termin və anlayışlar bazasının formalaşdırılması mərhələləri göstərilmiş, terminlərin linqvistik xüsusiyyətləri üzrə araşdırmaların əsas istiqamətləri qeyd olunmuşdur. RİT sferasında terminoloji pərakəndəlik və uyğunsuzluq problemləri araşdırılmış, Azərbaycan dilində termin və anlayışların uyğunsuzluğu nümunələri verilmişdir. Məqalədə təhlil olunan problemlər üzrə müvafiq tövsiyələr verilmiş, həll mexanizmləri təklif olunmuşdur.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu