Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Ağayev , B.S. Socarın neft quyularında qəza və mürəkkəbləşmələrə qarşı istifadə edilən metod və texnologiyalar haqqında / B.S. Ağayev , F.T. Ağayev , S. Ağayev , M.M. Paşayeva // “Şuşa: Zəfərin Təntənəsi”, Türkiyə-Azərbaycan, XXVI Beynəlxalq Elmi Simpoziumu. - Əskişəhər, 2020. - S. 251-257.
 Annotasiya
 Məqalə, SOCAR şirkətində neft-qaz quyularının qazılmasında anomal lay təzyiqinin qiymətləndirilməsi və anomal zonaların proqnozlaşdırılması metod və texnologiyalarından istifadə vəziyyətinin analizinə həsr edilmişdir. Bu təzyiqlərin qiymətləndirilməsi və proqnozlaşdırılması yolu ilə qəza və mürəkkəbləşmələrin qarşısının alınması iş effektivliyinin yüksəldilməsinin əsas üsullarından biri kimi göstərilmişdir. Məqalədə anomal təzyiqlərin yaranma səbəbləri, qəza və mürəkkəbləşmələr, onların qarşısının alınması üçün istifadə edilən metodlar haqqında qısa məlumat verilir. Müəlliflər, Socarın qazma praktikasında anomal təzyiqləri qiymətləndirmək üçün istifadə edilən əsas metodlar haqqında əldə etdikləri məlumatları sistemləşdirmiş və cədvəl şəklində qeyd etmişlər. Anomal lay təzyiqi və baş vermiş qəza və mürəkkəbləşmələr arasındakı səbəb-nəticə əlaqələri analiz edilmişdir. Göstərilmişdir ki, anomal lay təzyiqi zonalarının proqnozlaşdırılması üçün mexaniki qazma sürəti və qazma parametrləri arasındakı əlaqələri əks etdirən riyazi formullara əsaslanan metodlar daha yaxşı nəticələr verir.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu