Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Mahmudova , R.Ş. Eşitmə və nitq məhdudiyyətli insanların ünsiyyətini asanlaşdıran yeni texnologiyalar və onların imkanları / R.Ş. Mahmudova , K.Ş. Qurbanova // Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti. Respublika elmi konfransı. - Naxçıvan, 2021. - S. 201-206.
 Annotasiya
 İşdə müasir zamanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) intensiv inkişafından, internetin yaratdiği imkanlarla cəmiyyətin informasiya mühitini köklü surətdə dəyişməsindən, informasiya cəmiyyətin formalaşmasından söz açılmışdır. Qeyd edilmişdir ki, İKT-nin əsas vəzifəsi yaşından, dilindən, dinindən, yaşadığı coğrafi mövqedən, sağlamlığından asılı olmayaraq hər kəsin bilik və bacarığa yiyələnməsi üçün informasiya mühitinin əlyetərli olmasını təmin etmək və buna şərait yaratmaqdır. Qeyd edilmişdir ki, nitq və eşitmə əngəlli insanların yeganə ünsiyyət vasitəsi olan jest dilinin tarixinin qədim keçmişə bağlı olmasına baxmayaraq, bu problemi yaşayan insanlar əsrlərlə sosial mühitdən kənarda qalmış və təlim-tədris prosesindən məhrum olmuşlar. Son iki əsrdə isə bu problemə baxış dəyişmişdir, onların təhsil və digər problemlərinə dövlət qayğısı göstərilir, hər zaman diqqət mərkəzində saxlanılır. Lakin, belə problemlə yaşayan insanlar hamı kimi müasir texnologiyaların imkanlarından istifadə edə bilmirlər. İşdə eşitmə və nitq əngəlli insanların sosial mühitə inteqrasiyası problemini asanlaşdıran, jestləri tanıyaraq səsə və əksinə çevirən müxtəlif texnologiyalar və qurğular haqqında qısa məlumat verilmişdir. Nitq və eşitmə məhdudiyyəti olan şəxslərin ünsiyyətini və cəmiyyətə inteqrasiyasını təmin edən Microsoft Research texnologiyası, jesti səsə və əksinə çevirən əlcək, jesti səsə və əksinə çevirən bilərzik, jest dili üzüyü, “uSEEband” qolbağı və “Azeri Dactyl Alphabet” layihəsi haqqında məlumat verilmişdir. Eşitmə və nitq əngəlli insanların tam təhsil almasına təkan verən daktil əlifbanın elementlərini tanıyan avtomatlaşdırılmış sistemin yaradılmasının vacibliyi tövsiyə olunmuşdur.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu