Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Məmmədova , M.H. Qlobal təhsil resurslardan öyrənənin tələbatına uyğun kontent seçiminin dəstəklənməsi metodu / M.H. Məmmədova // Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti. Respublika elmi konfransı. - Naxçıvan, 2021. - S. 180-191.
 Annotasiya
 Dördüncü sənaye inqilabının yaratdığı rəqabət mühitində artıq ümumi təhsil trayektoriyası üzrə təhsilin fərdi təhsil trayektoriyası ilə əvəz olunması, onun intellektual idarə olunması metodlarının aktuallığı artır. Fərdi təhsil trayektoriyasının intellektual idarə olunmasında əsas məsələlərindən biri qlobal təhsil resurslarından öyrənənlərin bilik səviyyələrinə və tələbatlarına uyğun tədris materiallarının - kontentlərin seçilməsıdır. Məqalədə ilk növbədə kontentlərin seçilməsi üçün mövcud olan intellektual metod və modellər müqayisəli şəkildə araşdırılmış, Bellman -Zade yanaşması əsasında kontentlərin çoxkriteriyalı qeyri-səlis qiymətləndirilməsi və seçiminin nizamlanması məsələsinin qoyuluğu və həlli təqdim olunmuş, təqdim olunan bu metodun üstünlükləri göstərilmişdir.Məsələnin həlli prosesində qərarların qəbulu üçün mühüm əhəmiyyət kəsb edən amillər təyin olunmuş və müvafiq seçim siyasətinin intellektual dəstəklənməsi variantları müəyyənləşdirilmişdir. Daha sonra kontentlərin seçilməsi və onların öyrənənlərin tələblərinə uyğunluğunun təyin edilməsi ardıcıllığı təqdim edilmişdir. Alternativlər (kontentlər) çoxluqları və bir ekspert tərəfindən müəyyən edilən mənsubiyyət funksiyaları əsasında ən yaxşı alternativin seçilməsi kontentin bütün kriteriyalar üzrə daxil olduğu qeyri səlis çoxluqların kəsişməsi ilə əldə olunur. Növbəti mərhələdə kontentlərin seçim məsələsi qeyri-səlis çoxkriteriyalı qiymətləndirmə metodu əsasında həll olunur ki, bu halda, kontentə olan tələbin təyin edilməsi bir neçə ekspertin qeyri-səlis üstünlük münasibəti nəzərə alınmaqla həyata keçirilmişdir. Məqalənin sonunda daha səmərəli kontentin seçilməsi məsələsinin reallaşdırılması praktik olaraq təqdim edilmişdir.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu