Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Həsənova , R.Ş. Təhsildə elmmetrik tədqiqatlar / R.Ş. Həsənova , F.Ş. Əsgərov // Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti adlı respublika elmi konfransı. - Naxçıvan, 2021. - S. 146-155.
 Annotasiya
 Məqalədə elmmetriyanın yaranma tarixi, bibliometriyanın qanunları, mövcud elmmetrik qiymətləndirmələr haqqında məlumat verilir. Elmmetrik qiymətləndirmələrin 4 istiqaməti - elmi fəaliyyət, jurnal, təşkilat və ölkə qiymətləndirmələri və onların əsas meyarları sadalanır.H-indeksi, impakt faktor, aktivlik indeksi, həmçinin The SCImago Journal & Country Rank bazası haqqında məlumat verilir və bu bazadan əldə edilmiş bəzi statistik məlumatlar cədvəllərlə təqdim edilir. Bu qiymətləndirmələrdə məqalə və istinad sayı əsas göstərici kimi nəzərə alındığından impakt faktorun və h-indeksinin vacibliyi xüsusi olaraq qeyd olunur. Bu biliklərin ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında tələbələrə, habelə tədqiqatçılara tədris edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi əsaslandırılır. Belə ki, təhsil ocaqlarında bakalavr, magisr və doktorantlara "Elmmetrik tədqiqatlar" fənninin tədrisində tədqiqatçının fəaliyyətinin, elmi jurnalların təsirliliyinin qiymətkləndirilməsi kimi məsələlərin öz əksini tapmalıdır.Tədris prosesinin təşkili üçün ilk növbədə bu fənnin tədris proqramı hazırlanmalı, sadalanan məsələləri özündə əks etdirən dərs vəsaitləri dərc edilməlidir. Burada elmmetrik qiymətləndirmələrlə yanaşı müxtəlif beynəlxalq akademik bazaların (Web of Science, Scopus, The SCImago Journal & Country Rank və s.) işləmə prinsipi və onlardan istifadə qaydaları haqqında təlimatların da tədrisi nəzərdə tutulur. Bununla tələbələt müxtəlif beynəlxalq akademik bazalardan istifadə bacarığına yiyələnməklə tədqiqat apardıqları istiqamət üzrə keyfiyyətli materiallara çıxış imkanı əldə etmiş olacaqlar.Həmçinin tədqiqatçılar keyfiyyətli məqalə dərc etdirmək, yırtıcı jurnallardan, saxta konfranslardan qorunmaq və s.biliklərinə sahib olacaqlar.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu