Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Elektron ticarət və ödəniş sistemlərinin 4.0 sənaye inqilabı platformasında təkmilləşdirilməsi istiqamətləri / Ə.Q. Əliyev , R.O. Şahverdiyeva // Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları. - Sumqayıt, 2021. - S. 387-391.
 Annotasiya
 Müasir informasiya cəmiyyətinin həyatında rəqəmsal texnologiyaların rolu günü-gündən artmaqdadır. Xüsusən, son dövrdə baş verən 4.0 Sənaye inqilabı ölkələrin iqtisadiyyatına öz təsirini göstərmiş, e-ticarətin ölkələrin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən əsas faktorlardan birinə çevrilməsinə şərait yaratmışdır. Texnologiyanın belə sürətli inkişafı, ənənəvi ticarətdən elektron ticarətə keçid prosesini sürətləndirmiş, e-ticarət sahəsində yeni qlobal trendlərin meydana çıxmasına səbəb olmuşdur. Bu yeniliklər isə e-ticarətin inkişafında 4.0 Sənaye inqilabı platformasında müasir İKT-nin tətbiqi məsələsini ortaya çıxarmışdır. Göstərilən amillər nəzərə alınaraq, təqdim edilən məqalədə, 3D modelləşdirmə, Əşyaların İnterneti, süni intellekt, böyük verilənlər kimi müasir texnologiyaların elektron ticarətdə və ödəniş sistemlərində tətbiqi məsələlərinə baxılmışdır. Ən yeni İKT texnologiyalarının tətbiqi ilə elektron ticarət və ödəniş sistemlərinin modernləşdirilməsi, eləcə də, İnternet bankinq üzrə mobil texnologiyaların tətbiqi və şəbəkə kriptovalyutaların istifadəsi üzrə tövsiyyələr verilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu