Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Hajirahimova , M.S. Deep learning application in oil and gas industry: opportunities and challenges / M.S. Hajirahimova , A.S. Aliyeva // İnformasiya sistemləri və texnologiyalar, nailiyyətlər və perspektivlər beynəlxalq elmi konfransın materialları. - Sumqayıt, 2018. - P. 212-214.
 Annotasiya
 Son vaxtlar sürətlə inkişaf etməsinə və geniş yayılmasına baxmayaraq dərin təlim (deep learning) metodlarının neft-qaz sənayesində tətbiqi ilə bağlı tədqiqatlar azlıq təşkil edir. Deep learning metodu neyron şəbəkələrə əsaslanır. Müxtəlif neyron şəbəkələr neft quyularının ardıcıl zaman sırası verilənlərinin modelləşdirilməsi üçün zəngin arxitektura təqdim edir. Neft quyularının davranışlarınının başa düşülməsi, neft hasilatının proqnozlaşdırılması və məhsuldarlığın yüksəldilməsi imkanlarının müəyyənləşdirilməsi, həmçinin anomaliyaların aşkarlanması kimi proseslərdə deep learning daha sürətli və daha dəqiq nəticələr göstərə bilər. Bu işdə məhdud Boltzmann maşınları ( restricted Boltzmann machines (RBMs), tam əlaqəli şəbəkələr (FCN), bürünən neyron şəbəkələri (convolutional neural networks, CNN) və rekurrent neyron şəbəkələr (recurrent neural networks, RNN) kimi dərin təlim metodlarının neft və qaz sənayesində tətbiqi imkanları və problemlərinə dair tədqiqatların ümumi icmalı təqdim olunmuşdur.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu