Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. Bulud İnfrastrukturunun Keyfiyyət Göstəricilərində Anomaliyaların Real Zamanda Aşkarlanması Metodu / R.M. Əliquliyev , R.M. Alıquliyev , F.C. Abdullayeva // Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri‖ I respublika konfransı. - Bakı, 2017. - S. 30-36.
 Annotasiya
 Bulud istifadəçilərə sorğu əsasında miqyaslanan resurslar təqdim edən texnologiyadır. Bulud infrastrukturuna istənilən qurğu vasitəsi ilə daxil olmağın mümkünlüyü və açıq şəbəkələrdən istifadə etməsi bu mühiti müxtəlif tipli kiberhücumların təsirinə məruz qoymuşdur. Burada informasiya təhlükəsizliyi hücumlarının reallaşması bulud infrastrukturunun serverlərinin yaddaş, CPU resurslarında anomal davranışın yaranmasına səbəb olur. Bu sistemlərin generasiya etdiyi böyük həcmdə verilənlərin təsnif edilməsi prosesi böyük xərc və vaxt tələb etdiyi üçün burada bu məsələnin həllində anomaliyaların yarım-öyrədilən (semi-supervised) metodların köməyilə aşkarlanması qənaətbəxş hesab olunur. Məqalədə bulud infrastrukturunun keyfiyyət göstəricilərində anomaliyaların aşkarlanması üçün yarım-öyrədilən metod təklif edilir. Burada anomal davranışı aşkarlamaq üçün keyfiyyət göstəriciləri üzrə Google və Yahoo! şirkətlərinin açıq verilənləri, Python 2.7, Matlab, Weka və Google Cloud SDK Shell proqramları istifadə edilmişdir. Modelin eksperimental tədqiqi nəticəsində 0.99% aşkarlama dəqiqliyi əldə edilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu