Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - tezis


 Biblioqrafik təsvir
 Imamverdiyev , Y.N. AzScienceNet Şəbəkəsində İnternet-Resurslardan İstifadənin Monitorinqi Problemləri / Y.N. Imamverdiyev // “Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I respublika elmi-praktiki konfransı. - Bakı, 2016. - S. 117-121.
 Annotasiya
 İnternet-resurslardan istifadə edilməsi təşkilatlarda əməkdaşların əsas iş alətinə çevrilib. İş vaxtı ərzində əməkdaşlar çoxsaylı İnternet-resurslara müraciət edirlər və bəzən bu resursların heç də hamısı bilavasitə iş məqsədləri ilə əlaqədar olmur. Analizlər göstərir ki, İnternet-resurslardan istifadənin effektivliyi məsələsi qlobal informasiya cəmiyyətində bütün təşkilatları maraqlandırır, bir sıra hüquqi, sosial və etik problemləri əhatə edir. İnternetdən istifadəyə müəyyən maneələr yaratmaqla bu məsələni effektiv həll etmək mümkün deyil və ən məqbul yanaşma mövcud qanunvericilik əsasında təşkilatın İnternetdən istifadə siyasətini müəyyən etmək və onun əsasında İnternet-resurslardan istifadənin monitorinqini həyata keçirməkdir. Bu işdə təşkilatlarda İnternet-resurslardan istifadə ilə bağlı problemlər və onların həllinə mövcud yanaşmalar analiz edilir, AzScienceNet şəbəkəsində İnternet-resurslardan istifadənin monitorinqi məsələləri üçün verilənlərin intellektual analizi metodlarının tətbiqi imkanları araşdırılır.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu