Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Ağayev , F.T. Assosiasiya axtarış metodlarının tətbiqi ilə tədris proqramının optimallaşdırılması məsələləri / F.T. Ağayev , G.A. Məmmədova , E.R. Ələsgərova , N.I. Bahadurzadə // Azərbaycan Texniki Universiteti Elmi Əsərləri. - 2025. - N: 1.- S. 38-43.
 Annotasiya
 Hal-hazırda təhsil dövlətin iqtisadi yüksəlişinin və inkişafının mühüm elementidir və onun rolu durmadan artır. Artan informasiya axınları təhsil sahəsində qərarların qəbulunu çətinləşdirir. Belə olan halda, təhsil proqramlarının repozitoriyasının yaradılmasına və onlardan lazımi məlumatların çıxarılmasına ehtiyac yaranır. Bu, təhsil fəaliyyətinin optimallaşdırılması üçün vacibdir. Dünyanın müxtəlif təhsil müəssisələrində tətbiq olunan təhsil proqramlarının müqayisəli təhlili çox mürəkkəb bir prosedurdan ibarətdir. Həmin təhsil proqramlarının müxtəlif formatlı sənədlərdə təqdim olunması, onlarda olan məlumatların bir hissəsinin strukturlaşdırılması, uyğunlaşma proseslərinin formalizə olunması, eləcə də, Data mining üsullarından istifadə edilməsi (böyük həcmli verilənlərdən lazım olan informasiyanın əldə olunması) hazırkı dövrdə universitet təhsil proqramlarının müqayisəli təhlilininə imkan yaradır. Bu məqalənin məqsədi təhsil proqramını təkmilləşdirmək üçün müxtəlif təhsil proqramlarından lazımi məzmunu axtarmaq və çıxarmaqdır. Bu məqsədlə, məqalədə assosiasiya qaydaları metodundan istifadə edilir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu