Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Məmmədova , M.H. Yaşıl keçidi dəstəkləyən bacarıqların qeyri-səlis məntiq metodları əsasında qiymətləndirilməsi / M.H. Məmmədova , Z.Q. Cəbrayılova // Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri. Məqalələr toplusu. . - 2025. - N: ?. - S. 15-19. | Annotasiya | İqlim böhranının dərinləşməsi və dayanıqlı inkişaf dünya ölkələrinin yaşıl iqtisadiyyata keçidini aktuallaşdırmış, insan fəaliyyətinin müxtəlif sahələrində “yaşıl iş yerləri”nin yaranmasına səbəb olmuşdur. Məqalədə “yaşıl iş yeri” və “yaşıl bacarıqlar” terminlərinin mahiyyəti, yaşıl keçid və ona uyğun bacarıqlar arasındakı qarşılıqlı əlaqəni müəyyən etməyə həsr olunmuş tədqiqatların icmalı verilir. Göstərilir ki, “yaşıl siyasət”in həyata keçirilməsi bir sıra peşə və ixtisasların köhnəlməsi, əmək bazarında yeni prioritetli peşə və ixtisasların yaranması ilə müşayiət olunur, tələb olunan yaşıl bacarıqlara malik kadrlara olan tələblə onların təklifi arasında uyğunsuzluq yaradır. Odur ki, əmək bazarının yaşıl seqmentində tələb və təklifin intellektual idarə edilməsi, təklif olunan bacarıqların yaşıl iş yerlərinin tələblərinə uyğunluğunun qiymətləndirilməsi və iddiaçının bacarıqlarının “yaşıllıq” dərəcəsinin qiymətləndirilməsi üçün qeyri-səlis obrazların oxşarlığına əsaslanan metodoloji yanaşma təklif edilir. | Elektron variant | Yoxdur |
|
________
© ict.az http://ict.az/az
|
|