Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Məmmədova , M.H. Hepatosellülyar karsinomanın diaqnostikası üçün həkim qərarlarının dəstəklənməsi sistemı / M.H. Məmmədova , Z.Q. Cəbrayılova , M.I. Manaflı // Azərbaycan Tibb Jurnalı. - 2024. - N: 4.- S. 163-169. | Annotasiya | Məqalədə hepatosellülyar karsinomanın (HSK) mərhələsinin təyini üçün ekspert sistemin arxitekturası və
reallaşdırılması prinsipləri haqqında məlumat verilmişdir. HSK-nın vəziyyəti ona xas olan klinik əlamətlərin
mümkün qiymətlərinin müxtəlif kombinasiyaları ilə ifadə olunur və bu kombinasiyaların verilmiş siniflər üzrə
təsnifləndirilməsi əsasında HSK-nın mərhələsi təyin edilir. İstinad edilən parametrlərin və onların
əlamətlərinin çoxluğu, mürəkkəbliyi, həm kəmiyyət, həm də keyfiyyət xarakterli olması səbəbindən yarana
biləcək həkim səhvlərinin qarşısının alınması zərurəti HSK-nın diaqnostikası sisteminin işlənilməsini
aktuallaşdırmışdır. Tədqiqatda sistemin arxitekturası, onu təşkil edən bilik bazası, verilənlər bazası, məntiqi
nəticəçıxarma və interfeys bloklarının iş prinsipi, onların qarşılıqlı funksional əlaqəsi göstərilmişdir.
Biliklərin təsvirinin produksiya modeli əsasında həkim-ekspertlərin biliklərinin qaydalara transformasiyası
və bilik bazasının formalaşması, giriş verilənlərinin müxtəlif kombinasiyalarına uyğun olaraq bilik
bazasından müvafiq qaydanın işə düşməsi, diaqnostik qərarın qəbulu və istifadəçiyə çatdırılması
mexanizmini reallaşdıran proqram təminatı işlənilmişdir. Visual Study 2019 platformasında C#
proqramlaşdırma dilində reallaşdırılan diaqnostik sistemin veb texnologiyalarla inteqrasiyası problemləri
həll edilmişdir. HSK-nın mərhələsinin təyini sistemi sınaqdan keçirilmiş və onlayn mühitdə istismara qəbul
edilmişdir.
| Elektron variant | Yoxdur |
|
________
© ict.az http://ict.az/az
|
|