Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Azərbaycan ali təhsil sisteminin müasir iqtisadi vəziyyəti, onun bəzi xüsusiyyətləri və prioritetləri / Ə.Q. Əliyev // Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Xəbərləri. - 2023. - N: 3. - S. 5-16.
 Annotasiya
 Müasir dünyanın əsas inkişaf trendləri elmə, texnologiyaya, innovasiyaya, İKT-yə əsaslanır. Bunların təməlində isə təhsil sistemi, onun səmərəliliyi və modernləşməsi dayanır. Təhsil bəşəriyyətin gələcəyi üçün vacib faktordur. Tədqiqat işinin məqsədi ölkənin müasir iqtisadiyyatının formalaşmasında və inkişafında ali təhsilin rolunu, bəzi xüsusiyyətlərini araşdırmaq və prioritetləri müəyyən etməkdir. Metodoloji cəhətdən nəzəri və statistik təhlilə əsaslanan sistemli yanaşmadan istifadə edilmişdir. Həmçinin Azərbaycan ali təhsil müəssisələrinin kommersiya və qeyri-kommersiya fəaliyyəti üzrə təsnifatına əsaslanaraq, onların reytinqləri araşdırılmışdır. Tədqiqat işinin məqsədi ölkənin müasir iqtisadiyyatının formalaşmasında və inkişafında ali təhsilin bəzi xüsusiyyətlərini araşdırmaq və prioritetləri müəyyən etməkdir. Metodoloji cəhətdən nəzəri və statistik təhlilə əsaslanan sistemli yanaşmadan istifadə edilmişdir. Nəticələrdə Azərbaycanın ali təhsil sisteminə, ali təhsil modelinin institusional bazasına, ali təhsil müəssisələrinin tələbə və məzun kontingentinin iqtisadi-statistik təhlilinə diqqət yetirilmişdir. Tədqiqatın tətbiqi əhəmiyyəti: nəticələr aidiyyəti qurumlar tərəfindən təşkil edilən proqramlarda istifadə oluna bilər. Tədqiqatın orijinallığı və elmi yeniliyi iqtisadi perspektivdən istifadə etməklə Azərbaycanda ali təhsilin müasir vəziyyətinin təhlilindən ibarətdir.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu