Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Şahverdiyeva , R.O. İnnovasiyalı müəssisələrin informasiya təminatı sisteminin TOGAF yanaşması əsasında konseptual modelinin işlənilməsi / R.O. Şahverdiyeva // Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri. - 2023. - N: Cild 25, №4. - S. 79-85.
 Annotasiya
 İnnovativ müəssisələrin informasiya təminatı sisteminin TOGAF yanaşması əsasında işlənilməsi məsələləri həm texnoloji, həm də iqtisadi aspektdən aktual xarakterə malikdir. Ona görə də məqalədə ilk növbədə hazırkı dövrün iqtisadiyyatının, onun müxtəlif sahələrinin rəqəmsal innovasiyaların və yüksək texnologiyaların tətbiqi ilə effektiv inkişafının zəruriliyi əsaslandırılmışdır. İnnovasiya müəssisələrinin informasiya təminatı sisteminin, onun arxitektur-texnoloji struktur modelinin Sənaye 4.0 texnologiyaları və digər müasir platformalar əsasında təkmilləşdirilməsinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Eyni zamanda müəssisələrin idarəetmə fəaliyyətinin informasiya təminatının TOGAF yanaşması əsasında da formalaşdırılması istiqamətləri, onun əsas tərkib blokları və elementləri də verilmişdir. Müəssisə arxitekturasının əsas məzmunu və elementlərin təyinatı izah olunmuşdur. Məqalədə həmçinin rəqəmsal transformasiya məqsədləri və müəssisələrinin innovativ fəaliyyəti üzrə monitorinq sisteminin əsas xüsusiyyətləri verilmişdir. Monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətləri müəyyənləşdirilmişdir. İnnovasiyalı müəssisələrin informasiya təminatı sisteminin TOGAF yanaşması əsasında konseptual struktur modelinin əsas elementləri göstərilmişdir. TOGAF strukturunun bir-biri ilə əlaqəli səviyyələri göstərilmişdir. İnformasiya İdarəetməsi Texniki Arxitektura Platforması əsasında İnformasiya Sistemlərinin Arxitektura konsepsiyası işlənilmiş, onun xüsusiyyətləri və üstünlükləri müəyyənləşdirilmişdir. Sənaye 4.0 platforması komponentləri nəzərə alınmaqla innovativ müəssisələrin informasiya təminatı sisteminin modernləşdirilməsi üzrə müvafiq təklif və tövsiyələr işlənilmişdir.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu