Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Süni intellekt texnologiyaları əsasında yeni iqtisadi sektorların formalaşması məsələləri / Ə.Q. Əliyev // Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri. - 2023. - N: 4, cild 25. - S. 86-92.
 Annotasiya
 Süni intellekt texnologiyaları əsasında rəqəmsal innovasiya iqtisadiyyatının formalaşması beynəlxalq və milli səviyyələrdə aktual xarakterə malikdir. Bu məqalə də yeni iqtisadiyyatın müvafiq alt sektorlarının innovativ formalaşma perspektivlərinin öyrənilməsi və müvafiq yanaşmanın işlənilməsinə həsr olunmuşdur. Müasir dövrdə iqtisadiyyatın ümumən rəqəmsal texnoloji innovasiyalar əsasında inkişafının aktuallığı qeyd olunmuşdur. Sənaye 4.0 komponentlərinin tətbiqi ilə rəqəmsal iqtisadi sektorlarda elm-texnologiya tutumlu, yüksək rəqabət qabiliyyətli məhsul/xidmət istehsalının artırılmasının hazırkı dövrün zəruri məsələlərindən olduğu göstərilmişdir. Sosial-iqtisadi inkişaf Strategiyaları əsasında rəqəmsal tranformasiyaların əhəmiyyəti göstərilmişdir. İnformasiya iqtisadiyyatının elmi-texniki transformasiyasının nəticəsi kimi formalaşan rəqəmsal və intellektual iqtisadiyyatın vacibliyi diqqətə çatdırılmışdır. Cəmiyyət 4.0-dan 5.0-a keçid proqramlarında süni intellekt texnologiyalarının təsiri tədqiq olunmuşdur. Süni intellekt texnologiyaları iqtisadiyyatı üzrə dünyadakı vəziyyətin təhlili aparılmışdır. Süni intellektlə bağlı genişmiqyaslı problemlər qeyd olunmuşdur. Süni intellekt texnologiyaları üzrə iqtisadi sektorun formalaşması xüsusiyyətləri və inkişaf perspekttivləri araşdırılmışdır. Süni intellekt texnologiyaları ilə əlaqədar rəqəmsal iqtisadiyyat sektorlarının formalaşması məsələləri tədqiq olunmuşdur. Süni intellekt texnologiyaları əsasında rəqəmsal innovasiya iqtisadiyyatının formalaşma perspektivi üzrə tövsiyələr işlənilmişdir.
 Elektron variant
Yoxdur

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu