Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Postkonflikt zonalarda iqtisadi informasiya sistemlərinə potensial ziyanların və təhlükələrin qiymətləndirilməsinə konseptual yanaşma. / Ə.Q. Əliyev , R.O. Şahverdiyeva // Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri. - 2022. - N: 2, Cild 24. - S. 235-242.
 Annotasiya
 Məqalə Azərbaycanın erməni işğalından azad edilmiş postkonflikt zonalarında iqtisadiyyatın və regional strukturların bərpasında rəqəmsal transformasiyanın iqtisadi informasiya sistemlərinə ola bilən potensial ziyanların və təhlükələrin qeyri-səlis metodlarla qiymətləndirilməsinin konseptual əsaslarına həsr olunmuşdur. Regional iqtisadiyyatın bərpasında və onların inkişafında 4.0 Sənaye inqilabının tətbiqləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla innovativ mühitin formalaşdırılmasında müvafiq İKT və informasiya sistemlərinin vacibliyi müəyyənləşdirilmişdir. Postkonflikt zonaların iqtisadi informasiya sistemlərinə potensial təhlükələr və ziyanların spektri göstərilmişdir. İnformasiya sistemlərinin təhlükəsizliyinə təhdidlər nəticəsində ola bilən potensial ziyanların növləri verilmiş, potensial ziyanların kompleks qiymətləndirilməsinə bəzi elmi-metodoloji yanaşmalar qeyd olunmuşdur. İnformasiya sistemlərinə potensial təhlükə və ziyanların qeyri-səlis qiymətləndirilməsi üçün təkliflər verilmişdir. İnformasiya sistemlərinin potensial ziyanlarının ekspertlər tərəfindən alınmış yekun qeyri-səlis çoxluqlarının emalı prinsipləri qeyd olunmuşdur. Göstərilmişdir ki, postkonflikt zonalarda iqtisadi informasiya sistemlərinə ola bilən potensial ziyanların qiymətləndirilməsi məsələlərinin həllində müasir texnologiya və metodların tətbiqi ilə effektiv nəticələrə nail olmaq mümkündür.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu