Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Rəqəmsal iqtisadiyyatın formalaşmasında və inkişafında yaşıllaşdırılma problemləri və onların həlli istiqamətləri / Ə.Q. Əliyev , L.Ə. Əkbərova // AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası jurnalı. - 2022. - N: 2. - S. 29-42.
 Annotasiya
 Rəqəmsal iqtisadiyyatın formalaşmasında və inkişafında yaşıllaşdırılma problemlərinin həlli istiqamətlərinin nəzəri-metodoloji əsaslarının müəyyənləşdirilməsi və müvafiq texnologiyaların işlənilməsi qlobal problemlərdəndir. Məqalənin məqsədi olaraq müasir dövrdə iqtisadiyyatın yaşıllaşdırılmasında rəqəmsal texnoloji innovasiyaların tətbiqinin aktuallığı əsaslandırılmışdır. Yüksək texnologiyaların rəqəmsal iqtisadiyyatın yaşıllaşdırılması problemlərinin həllində tətbiqi həmin sektorun da sürətli inkişaf etdirilməsini zəruri edir. Metoroloji əsas olaraq göstərilmişdir ki, ənənəvi enerji mənbələrindən yaşıl enerjiyə keçidin əsas hədəf olduğu əsaslandırılmışdır. Big Data, süni intellekt, əşyaların interneti və digər rəqəmsal texnologiyaların yaşıl iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanlarının yaradılması məsələləri qeyd olunmuşdur. Məqaəlnin tətbiqi əsası kimi qeyd edilmişdir ki, ölkədə və onun regionlarında təbii resurslardan dayanıqlı və davamlı istifadə səviyyəsinin, eləcə də yaşıllığın payının artırılmasının vacibliyi zəruridir. İntellektual sistemlərin yaradılması, yaşıl texnologiyaların tətbiqi və perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi əsas məqsədlərdən olduğu izah olunmuşdur. Yaşıl enerjinin intellektuallaşdırılması, yeni nəsil enerji mənbələrinin idarə olunması və s. istiqamətlərdə tədqiqatların aparılmasının vacibliyi göstərilmişdir. İqtisadiyyatın yaşıl rəqəmsallaşdırılması və ya yaşıl rəqəmsal texnologiyaların tətbiqi xüsusiyyətləri şərh olunmuşdur. Yaşıl rəqəmsal iqtisadiyyatın ÜDM-ə təsir aspektləri müəyyənləşdirilmişdir. Yaşıl rəqəmsal iqtisadiyyatın formalaşmasının texniki və texnoloji problemləri tədqiq olunmuşdur. Yaşıl rəqəmsal iqtisadiyyatın inkişafında 4.0 sənaye platformasının tətbiqləri izah olunmuşdur. Yaşıl rəqəmsal iqtisadiyyatın ölçülməsində istifadə olunan əsas kompozit indikatorlar sistemi təklif olunmuşdur. Yaşıl rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üsullarının təkmilləşdirilməsi istiqamətləri müəyyənləşdirilmişdir. İnnovasiya, bilik, rəqəmsal və texnoloji əsaslı yaşıl iqtisadiyyat sahələri təklif olunmuşdur. Yaşıl rəqəmsal iqtisadiyyatın inkişafının müxtəlif səviyyələrdə qiymətləndirilməsinin kompüter modelinin arxitektur-texnoloji strukturu təklif olunmuşdur. Yaşil rəqəmsallaşma səviyyələrini qiymətləndirmək üçün ilkin göstəricilər təklif olunmuşdur. Ağıllı şəhər idarəetmə modelinin strukturu, yaşıl ağıllı şəhərin struktur elementləri sxematik olaraq təqdim olunmuşdur. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrində "yaşıl" texnologiyaların tətbiqi xüsusiyyətləri izah olunmuşdur. Dünyada İKT sənayesinin özünün yaşıl texnologiyalar əsasında yenilənməsinə və istehsalına xüsusi diqqət verilmişdir. Elmi-texniki sferalarda yaşıl İKT, yaşıl kompüter, İKT sahəsində yaşıl innovasiya, yaşıl kompüter şəbəkələri, yaşıl məlumat mərkəzləri, yaşıl e-cihazlar, yaşıl biotibb, idarəertmədə yaşıl İKT, yaşıl metrika, səhiyyə və yaşıl İKT, qlobal yaşıl İKT yenilənməsi kimi mütərəqqi innovativ texnologiyaların tətbiqi xüsusiyyətləri tədqiq olunmuşdur. 4.0 sənaye platforması komponentlərinin və digər innovativ texnologiyaların rəqəmsal iqtisadiyyatın yaşıllaşdırılmasında perspektiv tətbiqi istiqamətləri üzrə tövsiyələr verilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu