Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Şahverdiyeva , R.O. İnnovativ İqtisadi İnkişafın FormalaşmasındaTexnopark Strukturlarının Fəaliyyət Səmərələliyinin Yüksəldilməsi İstiqamətləri / R.O. Şahverdiyeva // ENEKO Enerji İqtisadiyyatı Mərkəzinin Xəbərləri Jurnalı . - 2022. - N: 1, vol.9. - S. 60-74.
 Annotasiya
 Məqalədə innovativ iqtisadi inkişafın formalaşmasında texnopark strukturlarının fəaliyyət səmərəliliyinin yüksəldilməsi istiqamətləri araşdırılmışdır. Rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətlərinin müəyyənləşdirilməsinin aktual məsələlərdən olduğu əsaslandırılmışdır. Rəqəmsal və innovativ iqtisadiyyata keçid üçün texnopark strukturlarının yaradılmasında elmtutumlu, rəqəmsal innovasiya məhsullarının istehsalının 4.0 Sənaye inqilabının tələblərinə müvafiq olaraq inkişafının əhəmiyyətli məsələlərdən olduğu göstərilmişdir. Qeyd olunmuşdur ki, müasir dövrdə iqtisadiyyatın bütövlükdə innovativ texnologiyalar əsasında transformasiyası prosesləri baş verir. Azərbaycan iqtisadiyyatında innovativ texnologiyaların transferi problemləri tədqiq olunmuş, innovasiyaların kommersiyalaşdırılması strategiyasının əsas istiqamətləri müəyyənləşdirilmişdir. Texnoparkların müasir xüsusiyyətləri müəyyənləşdirilmiş və onların fəaliyyətləri üzrə bynəlxalq təcrübə təhlil olunmuşdur. Texnoparkların fəaliyyətinin səmərəli idarə olunmasında onun informasiya təminatı sisteminin təkmilləşdirilməsi perspektivləri verilmişdir. Texnoparkların fəaliyyət səmərəliliyinin yüksəldilməsində 4.0 Sənaye inqilabı platformasının tətbiqi məsələləri tədqiq olunmuşdur. Sənayedə rəqəmsal texnologiyaların tətbiqi xüsusiyyətləri izah olunmuşdur. İnnovativ məhsul istehsallı sənaye müəssisələrinin fəaliyyətində Sənaye robotları, Süni intellekt, Maşın öyrətmə texnologiyaları, Əşyaların Sənaye İnterneti, Blokçeyn texnologiyaları, Virtual reallıq testləri, məhsul/xidmətlərin prototipinin yaradılmasının “rəqəmsal əkizlər” texnologiyasına əsaslanan sistemlərlə hazırlanması kimi müasir rəqəmsal texnologiyalarının tətbiqi xüsusiyyətləri və istiqamətləri müəyyənləşdirilmişdir. Azərbaycan texnoparklarının fəaliyyət səmərəlilyinin yüksəldilməsi üçün 4.0 Sənaye inqilabı elementlərinin, beynəlxalq təşkilatların müəssisələrin gələcək inkişaf konsepsiyasında onlara yürüdülən tələblər, prioritetlər nəzərə alınmaqla müvafiq təklif və tövsiyələr verilmişdir
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu