Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Neft sənayesi iqtisadiyyatının yaşıllaşdirilmasında rəqəmsal innovasiya texnologiyalarının tətbiqi perspektivləri / Ə.Q. Əliyev , B.S. Ağayev , M.M. Paşayeva // ENEKO Enerji İqtisadiyyatı Mərkəzinin Xəbərləri Jurnalı . - 2022. - N: 1, vol.9.- S. 34-46.
 Annotasiya
 Məqalədə neft sənayesinin ölkə iqtisadiyyatındakı aparıcı rolu qeyd olunmuşdur. Neft sahəsi iqtisadiyyatının yaşıllaşdırılma texnologiyasının tətbiqi ilə səmərəliliyinin artırılması tədqiq edilmişdir. Neft sənayesi iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı tədqiqat işlərinin təhlili aparılmışdır. 4.0 Sənaye inqilabı komponentlərinin neft sənayesi iqtisadiyyatının yaşıllaşdırılmasının səmərəli idarə olunmasında tətbiqi perspektivləri şərh olunmuşdur. Ölkənin sosial-iqtisadi inkişafına dair rəqabətqabiliyyətli iqtisadiyyat, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi Milli Prioritetinin reallaşdırılması istiqamətləri izah olunmuşdur. Neft sənayesində 4.0 Sənaye inqilabi aspektində perspektiv ekoloji-iqtisadi inkişafın formalaşması məsələləri tədqiq edilmişdir. İnnovativ ekoloji iqtisadiyyatın formalaşma və inkişaf tendensiyalarının tədqiqi əsasında neft sənayesi iqtisadiyyatının inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Neft sənayesi müəssisələrinin iqtisadi-texniki yaşıllaşdırılması problemləri tədqiq olunmuş və həll istiqamətləri göstərilmişdir. Neft məhsulları istehsal edən müəssisələrin bəzi əsas göstəriciləri verilmişdir. Neft hasilatının müxtəlif illər üzrə olan iqtisadi və statistik göstəriciləri sxematik olaraq göstərilmidir. Neft sənayesi iqtisadiyyatının yaşıllaşdırılmasında bəzi rəqəmsallaşma problemləri araşdırılmışdır. Yaşıl iqtisadiyyatın rəqəmsallaşdırılması ilə bağlı bəzi modellər tədqiq olunmuşdur. Sahənin yaşıl iqtisadi inkişaf modelləri araşdırılmış və mexanizmləri şərh olunmuşdur. Burada təbii resurslardan istifadə səmərəliliyinin artırılması kimi məsələlərə baxılmışdır. Neft sənayesi müəssisələrinin rəqəmsal iqtisadiyyatının inkişafında 4.0 Sənaye inqilabının tətbiqi perspektivləri araşdırılmışdır. Neft sferasında yaşıl iqtisadiyyatın fəaliyyət sahələrinin rəqəmsal texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətləri müəyyənləşdirilmişdir. Neft sferası iqtisadiyyatının çoxsəviyyəli təhlili üzrə indekslər və indikatorlar sisteminin işlənilməsi üçün təklif və tövsiyələr verilmişdir. Göstərilmişdir ki, neft sferasında yaşıl iqtisadiyyatın inkişaf proseslərinin proqnozlaşdırılması üzrə müasir intellektual sistemlərin işlənilməsi neft sənayesi müəssisələrinin daha da effektiv fəaliyyətinə yeni imkanlar yaradacaqdır.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu