Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. 4.0 Sənaye İnqilabı platformasında rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması problemləri / Ə.Q. Əliyev // ENEKO Enerji İqtisadiyyatı Mərkəzinin Xəbərləri Jurnalı . - 2022. - N: 1, cild 9. - S. 20-33.
 Annotasiya
 Məqalədə 4.0 Sənaye inqilabı platformasında rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması problemləri elmi-nəzəri, praktiki aspektdən araşdırılmışdır. Qeyd olunmuşdur ki, iqtisadiyyatın innovativ rəqəmsal transformasiyasının həyata keçirilməsi son illərdə ölkə qarşısında duran prioritet məsələlərdən birinə çevrilmişdir. Rəqəmsal texnologiyaların əsas platforması hesab olunan 4.0 Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan üzrə Mərkəzinin fəaliyyəti şərh edilmişdir. İqtisadi inkişafda texnoloji innovasiyalar amilləri tədqiq olunmuşdur. İqtisadiyyatın innovasiya əsaslı irəliləyişinin təmin edilməsi, texnoloji innovasiyalar əsasında müasirləşdirilməsinin zəruriliyi əsaslandırılmışdır. Rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması xüsusiyyətləri və problemləri araşdırılmışdır. Rəqəmsal iqtisadiyyatın Əşyaların Sənaye İnterneti, Böyük verilənlər, 3D printerlər, Blokçeyn, Süni intellekt və s. kimi əsas texnologiyalarının iqtisadi xüsusiyyətləri tədqiq olunmuşdur. Rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatının əsas sektorundan biri olan 5G mobil sistem və texnologiyaları haqqında zəruri məlumatlar verilmişdir. Bəzi sənaye sahələrində rəqəmsal texnologiyalardan istifadə edən təşkilatların xüsusi çəkisinin strukturu sxematik şəkildə təqdim olunmuşdur. Rəqəmsal iqtisadiyyatın texnoloji əsaslarının əsas istiqamətləri tədqiq olunmuş və onun inkişaf səviyyəsinin ölçülməsini xarakterizə edən İqtisadiyyat İndeksi, Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi, Qlobal Kreativlik İndeksi, Şəbəkə Hazırlığı və IKT-nin İnkişafı İndeksi, Bilik İqtisadiyyatı, Elektron İştirak İndeksi, Qlobal Əlaqə İndeksi, İnklüziv İnternet İndeksi, B2C Elektron Ticarət İndeksi, Qlobal Kibertəhlükəsizlik İndeksi və s. kimi indeksləri ətraflı izah olunmuşdur. Rəqəmsal iqtisadiyyatın ölçülməsi üçün istifadə olunan əsas Kompozit İndikatorlar sistemi şərh olunmuşdur. Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi göstəriciləri sistemi işlənilmiş, onun texnoloji göstəriciləri haqqında izahat verilmişdir. Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin insan kapitalı, kommunikasiyanın qurulması, rəqəmsal texnologiyanın inteqrasiyası, rəqəmsal dövlət xidmətləri subindeksləri kimi struktur elementləri şərh olunmuşdur. Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə təsir edən əsas inteqrativ göstəricilər izah olunmuşdur. İqtisadiyyatın rəqəmsallaşdırılması və innovasiyalaşmasının qarşılıqlı asılılığı və təsirləri verilmişdir. Ölkədə və onun regionlarında 4.0 Sənaye inqilabı platformasında rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasının dünya trendlərinə uyğun olaraq formalaşdırılması üzrə təkilif və tövsiyələr verilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu