Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. İnformasiya cəmiyyətinin fəaliyyəti kontekstində postkonflikt ərazilərin iqtisadiyyatının bərpası problemləri / Ə.Q. Əliyev // AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası. - 2021. - N: iyul-avqust. - S. 25-33.
 Annotasiya
 Məqalə Azərbaycanın işğaldan azad edilmiş postkonflikt ərazilərində informasiya cəmiyyətinin tələbləri kontekstində rəqəmsal transformasiya problemlərinin həllinə həsr olunmuşdur. Qarabağın Azərbaycan iqtisadiyyatının inkişafında rolunun yüksək olduğu göstərilmiş və erməni işğalından azad edilmiş Qarabağ regionunda yeni informasiya cəmiyyətinin iqtisadiyyatı quruculuğunun tədqiqi istiqamətləri müəyyənləşdirilmişdir. İşğaldan azad edilmiş ərazilərin iqtisadi fəaliyyət sektorlarının İKT bazasında inkişaf etdirilməsi məsələləri verilmişdir. Qarabağın iqtisadi fəaliyyət sektorlarının İKT bazasında inkişaf etdirilməsi məsələləri müəyyənləşdirilmişdir. Regional inkişafda İKT-nin təsiri məsələləri təqdim olunmuşdur. Qarabağ iqtisadi regionunda innovativ mühitin formalaşması istiqamətləri göstərilmişdir. Qarabağ və iqtisadi subyektlərin informasiya cəmiyyəti şəraitində vahid informasiya təminatı məsələləri işlənilmişdir. İşğaldan azad edilmiş ərazilərdə informasiya təminatı sisteminin təkmilləşdirilməsində yüksək texnologiyaların tətbiqinin perspektiv istiqamətləri verilmiş və onun inkişafında 4.0 sənaye inqilabının tətbiqləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmışdır. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı” şəhərlər və kəndlər, intellektual sistemlərin yaradılmasının perspektiv istiqamətləri müəyyənləşdirilmişdir. Ənənəvi Qarabağ iqtisadiyyatından informasiya cəmiyyəti şəraitində Qarabağ rəqəmsal iqtisadiyyatına keçidinin xüsusiyyətləri təhlil edilmişdir. Göstərilmişdir ki, həmin ərazilərdə İKT infrastrukturunun təkmilləşdirilməsi, kompüter və rəqəmsal texnologiyaların tətbiqi yeni biliklərlə iqtisadi idarəetmə şəraitində rəqəmsal iqtisadiyyatın səmərəliliyinin artırılmasına və dövlətin Qarabağın dirçəldilməsi və inkişafı kursuna əlavə imkanlar yarada bilər. İşğaldan azad edilmiş postkonflikt ərazilərdə müasir texnologiyaların tətbiq olunması onun gələcəkdə daha da effektiv nəticələrə nail olunmasına şərait yaradacaqdır.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu