Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Əliyev , Ə.Q. Erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində rəqəmsal texnologiyaların tətbiqi məsələləri / Ə.Q. Əliyev // İnformasiya cəmiyyəti problemləri. - 2022. - N: 1. - S. 31-38. | Annotasiya | Məqalədə Qarabağın iqtisadi proseslərində rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti əsaslandırılmışdır. 30 illik erməni işğalından azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğunun inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Qarabağda rəqəmsal iqtisadiyyatın inkişafında 4.0 Sənaye inqilabının tətbiqi problemləri araşdırılmışdır. Regionda ekoloji mühitin yaşıllaşdırılmasının və iqtisadi inklüzivliyin yüksəldilməsi yolları müəyyənləşdirilmişdir. İnnovativ infrastrukturların, rəqəmsal texnologiyaların və verilənin (data) iqtisadiyyatının formalaşması xüsusiyyətləri təhlil olunmuşdur. Rəqəmsal transformasiyanın ölkənin ən prioritetli məsələlərindən olduğu göstərilmişdir. Qarabağın inkişafında rəqəmsal transformasiya problemləri tədqiq edilmiş və onların həlli istiqamətləri müəyyənləşdirilmiş, böyük perspektivə malik rəqəmsal layihələrin işlənilməsinin zəruriliyi göstərilmişdir. Qarabağın dirçəldilməsində Elektron Qarabağ kompleks planının arxitektur-texnoloji strukturunun konseptual modeli təklif olunmuşdur. Ənənəvi Qarabağ regional iqtisadiyyatından yeni Qarabağ ağıllı (smart) rəqəmsal iqtisadiyyatına keçidinin xüsusiyyətləri araşdırılmışdır. Qarabağda "yaşıl" inkişaf məsələləri, təmiz ekoloji mühit və yaşıl inkişaflı artım istiqamətləri müəyyənləşdirilmişdir. Göstərilmişdir ki, Qarabağda İKT-yə əsaslanan infrastrukturun təkmilləşdirilməsi, yüksək rəqəmsal texnologiyaların tətbiqi yeni iqtisadi idarəetmədə rəqəmsal iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə və Qarabağ iqtisadi regionunun inkişafına əlavə potensial imkanları aşkara çıxara bilər. | Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|